menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Səni unutmadıq, Vahid Əlifoğlu! - Əbülfət MƏDƏTOĞLU yazır

19 0
06.04.2026

Haşiyə: O, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulmuşdu - 1953-cü ilin aprel ayının 3-də. cəmi 57 il yaşadı. Ali təhsilli fəhlə idi. Amma...

Böyük söz adamı idi. Böyük söz adamları ilə də məktublaşırdı, fikir bölüşürdü. Heç bir iddiası da yox idi. Yalnız ürəyini, ruhunu sözə büküb şeirə çevirirdi. 2010-cu ilin yazına qədər belə də etdi. Onun sözünü, imzasını Azərbaycan oxucusuna “Ədalət” tanıtdı, təqdim etdi. O da “Ədalət”in ən sədaqətli yazarlarından biri oldu. Bir-birindən maraqlı publisistik yazılarını, şeirlərini, esselərini oxutdu bizə. Özündən sonra 4 əl boyda kitabı qaldı. “Çadır şairi” kimi bir qəribə epiteti də var idi. Amma o, çadır altında doğulmamışdı. O, söz üçün doğulmuşdu, yazıb-yaratmaq üçün doğulmuşdu. Ona görə də sözü sevənlərin, sözə xidmət edənlərin yaddaşına köçdü! O, bu gün də bizim, “Ədalət”in yanındadı, yadındadı. Biz onu unutmamışıq. “Ədalət” nə qədər ki, var, o, bizimlə olacaq!

Son vaxtlar təklik daha çox güc gəlir mənə. Bir küncə çəkilmək...gözdən-könüldən uzaqda olmaq... heç kimi, heç nəyi görməmək, eşitməmək istəyi o qədər güclü olur ki,........

© Ədalət