menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

ÖMÜR KARVAN YOLU - Əbülfət Mədətoğlu yazır

22 0
31.07.2026

Deyənlər belə deyib...

Bilmirəm nağıllardanmı, dastanlardanmı yadımda qalıb. Amma indiki məqamda harda necə yadımda qalmağı önəmli deyil. Önəmli olan odur ki, bu ifadə  yadımda qalmaqla həm də həyatımda öz təsdiqini tapıb. İndi  yüzə-yüz əminəm ki, həqiqətən ömür  karvan yoludur. 

Başlanğıcdan üzü sona doğru yol gedir. Bu yolda  hər şey var. Özü də istəkdən arzudan aslı olmayaraq həm də tövbə yeri də var, ziyarətgah da var. Sadəcə ağlınla ürəyin, ruhunla cismin bir olanda nəyin harda olduğunu dərhal görürsən, qiymətləndirirsən. Əks təqdirdə bu yolu elə görməzdən keçirsən. Onda ayılırsan ki, basin üstündə fırlanan xəlbir səni çox şeyllərdən uzaq tutub. Dözülməzdi uzaqlıq... Təbii ki, yaxınlıq olan yerdə!

Mən bəzən özüm- özümlə danışanda yoruluram. Çünki cavabını təxmini bildiyim sualları özümə verirəm. Bu da mənim üçün maraqsız olur. Amma neyləyim ki, bir şeirdə yazdığım kimi:  

Şəhər dolu adamdır, Danışmağa kimsə yox!..

Bəli , mən ona görə yoruluram ki, bu ömür mənasızlaşır. Dəyərdən düşən pul kimi bazar-dükanda da, yolda-izdə də , evdə- işdə də, qısacası olduğum hər yerdə sıradandır- ola da bilər, olmaya da bilər! Ən dəhşətlisi odur ki, olanda xatırlanmadığı kimi ,........

© Ədalət