menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nurafiz şeirinin işığı - Əbülfət MƏDƏTOĞLU yazır

19 0
26.10.2026

O işığı görmək üçün zəruri tələbat

Hər yeni kitabı, hər təzə sözü ruhumun qapısından, ürəyimin köynəyindən keçirəndən sonra bir müddət özümə  gələ bilmirəm. Qalıram o təzə sözün, yeni kitabın içində. Bəzən bir gün, bəzən aylarla... Ta o vaxta qədər ki, o təzə sözün, o yeni kitabın nöqtə- vergülünə qədər varlığıma hopduğunu hiss edim. Elə ki, hiss  etdim, bax onda rahatlanıram. Hətta  bir az özümü o sözə, o kitaba borclu da sayıram. Bu borc  gözlə görülməyən, əllə qaytarılmayan, cibdə gəzdirilməyən, banka qoyulmayan borcdur. Bu elə bir borcdur ki, etiraf olunmalıdır, səslənməlidir, yazılmalıdır...

Təqribən 20-25 günün söhbətidir, Nurafizlə ayaqüstü görüşdük. Özü də Bəhram Gurun heykəlinin yanında. Üzümüzə Bəhram  Gurun çapdığı qayadan su da çiləndi. Mən də öz-özümə düşündüm ki, su aydınlıq olsa da, bu görüşümüz  təkcə aydınlıq deyil, həm də bir ruh rahatlığıdır, bir ürək bölüşməkdir, xeyli vaxtdır ki, görmədiyim dostumun üzbəüz nəfəsini duymaqdır. Özü də bu mübarək nəfəslə birlikdə onun sorağını aldığım "Sözlə səs arası" adlı yeni kitabının həyatıma, evimə, kitabxanama qonaq gəlməsi deməkdir. Çünki öncədən ondan bu kitabı  istəmişdim. Və...

Ayaqüstü söhbətimizin sonunda  qardaşım  Nurafiz  bir cümləlik avtoqrafla kitabı mənə bağışladı.  Özü də yazdığı kimi könül hədiyyəsi idi.  Deməli, dəyəri də, həyatımdakı yeri də artıq həmin o "könül hədiyyəsi" sözü ilə təsdiqlənmişdir. O gündən bu kitabı başladım oxumağa.  Düzünü deyəcəm, yaradıcılığına yaxşı bələd olduğum  Nurafiz bu kitabında mənə xeyli surprizlər etdi. Xüsusilə, unudulan, yaxud az-az işlədilən sözlərimiz  onun qələmində o qədər biçimli, o qədər təravətli idi ki, adam bu sözlərin  özündə ehtiva etdiyi mənalara heyran qalmaya bilmirdi. Təbii ki, bu məqamlarda  nostalji hisslər də özünü büruzə verirdi. Yaddaş silkələnir,........

© Ədalət