menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Novruz düşüncələri... - Əbülfət Mədətoğlu yazır

30 0
18.03.2026

İlaxır  çərşənbə  tonqalının  pıçıldadıqları

Səhərin gözü hələ açılmamışdı. Tək-tək pəncərələr işıq-işıq oyanırdı. Adama elə gəlirdi ki, oyanan pəncərələr göy üzündəki sayrışan ulduzların əvəzidi - İndi ulduzlar çəkilib gedəcək, pəncərələrin işıqları bəzəyəcək dünyamızı, şəhərimizi.

Gecənin yuxusuzluğunu əsnəməklə canından silkələyib tökməyə çalışan və tək-tək yanmağa başlayan pəncərələrə ümid yeri kimi baxan ürəyim yataqdan qalxıb həyətə çıxdı. Əslində bu, təkcə ürəyimin, oyaq duyğularımın yarıqaranlıq səhərə üz tutması deyildi. Bu, həm də ürəyimin bütün gecəni içində qovurduğu vurub-çıxdığı, toplayıb böldüyü, amma nəticəsini, hasilini tapa bilmədiyi bir yaşamın narahatlığı idi. Mənə elə gəlirdi ki, gecənin qaranlığı Ayın, ulduzların işıqlarına bələnsə də, ürəyimə yükdü, ürəyimə zindandı, sıxır məni. Sıxdıqca da ürəyimin döyüntüsü də artır, həyəcanı da... və mən elə məhz bu səbəbdən dan yerinin sökülməsini gözləməyə özümdə güc tapmadım. Bircə onu bildim ki, adəti üzrə işıqlarını söndürüb yatdığımız otaqdan özümü həyətə atdım (bu yerdə yadıma həmişə məndə təbəssüm doğuran bir dostun "mən on yaşımdan həyata atıldım"- sözləri gəlib düşür, məsələyə dəxli olsa da, olmasa da).

Qəribədi, şəhərdə yaşasam da, məskunlaşdığım ərazidə əməlli-başlı bir kənd abu-havası hökm sürür. Xoruzlar banlayır, itlər hürür, hətta beş-on mal-davarını otarmağa aparan məhlə adamlarının da söhbətləri eşidilir. Çox təəssüf ki, bu mal-davar saxlayanlar hərdən şəhərin yaşıllığına da bir "qayçı gəzdirirlər" fərqinə varmadan. Bax, belə bir səhərdə daha doğrusu, açılmaqda olan səhərdə mən narahatlığını anladığım ürəyimlə var-gəl edirəm. Kənardan baxan bunu səhər idmanı da saya bilər. Ancaq mənim bu anda nə idmanlıq, nə də onun barəsində düşünəcək həvəsim yoxdu. Çünki çoxumuza problem olan təzyiq məsələsi də iki gündür mənimlə xudahafizləşmir, çağrılmamış qonaq kimi kəsdirib yanımı. Təbii ki, burada təbiətin də öz diktəsi var, necə deyərlər, arğac ondan keçib. Üstəlik də bizim ekoloqlarımız əməlli-başlı "qaş düzəltmək əvəzinə göz tökürlər". Onlar obyektivlik naminə hava proqnozunun sonunda hər gün meteohəssas adamlara da xəbərdarlıq edirlər. Təbii ki, bu........

© Ədalət