menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Nəvəyə baba-nənə hədiyyəsi...  - Əbülfət Mədətoğlu yazır

13 0
17.11.2025

Gəlin etiraf edək ki, insanlar xüsusilə, biz azərbaycanlılar övlada, ailəyə digər millətlərdən xalqlardan  fərqli olaraq, daha çox bağlıyıq. Bu bağlılığı da bizə sərgiləyən təkcə genimiz yox, həm də bu genin ən qabarıq göstəricilərindən olan adət- ənənəmizdir. Belə ki, biz hər şeydə, hər bir hərəkətimizdə, hətta məişətimizdə də min illərdən keçib gələnləri qorumağa, yaşatmağa çalışırıq. Yəni mühafizəkarıq. Hətta bu duyğularımızı ata sözlərimizdə, məsəllərdə də gerçəkləşdiririk, bir növ yaddaşa yazırıq.

Mövzunu bu cür girişlə təqdim etmyimin əsas səbəbi də məhz həmin o soy- kökə bağlılığımızdan irəli gəlir. Ona görə də çox böyük bir pafosla deyirik ki, " Dövlətdə dəvə- övaldda nəvə.!"

Mən də bilirəm ki, nəvəsi olan hər kəs yaşından- başından aslı olmayaraq bu hissi demək olar ki, bütün səmimiyyəti ilə yaşayır. Babalar, nənələr özlərini nəvə üçün oda- közə vurur. Müəyyən mənada övladı ikinci plana keçirirlər. Bu duyğuları söz adamları biraz da qabarıq yaşayır. Uşaq şairlərinin əksəriyyətinin şeirlərinin baş qəhrəmanı  da  məhz   onların  öz nəvələridir.

Azərbaycan ədəbiyyatında uşaqlarla bağlı yazılan şeir, hekayə , ........

© Ədalət