menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Günəşin doğulduğu ünvanı göstərən şair - ƏBÜLFƏT MƏDƏTOĞLU yazır

69 0
14.07.2026

Şair Tahir Rzaya kiçik bir oxucu məktubu 

Oxucu qarşısına çıxarılan hər bir ədəbi nümunə həcmindən və təqdimat formasından aslı olmayaraq, özündə müəyyən  məqamları, keyfiyyətləri ifadə edir. Yəni ehtiva olunan hər bir çalar özü-özlüyündə söz sahibinin, yaradıcı insanın hiss və duyğularının özəl tərəflərini sərgiləyir. Bu mənada mənim üçün  oxuduğum hər bir yeni əsər təbii ki, yenə də  həcmindən və təqdimatından aslı olmayaraq  bir növ  tapıntıdır. Və bir az da açıqlasam, naxışın gətirməsidir. Yəqin ki, bu fikirlə razılaşarsınız. Axı hər adamın naxışı gətirmir! Özü də oxucu olaraq, sözü duyan, sözlə baş-başa qalmağı  bacaran yaradılmış kimi...

Bu günlərdə dəyərli ziyalımız, şəxsiyyətinə və yaradıcılığına böyük hörmət etdiyim  Tahir Rzadan bir HƏDİYYƏ aldım. Səmimi avtoqrafla bağışlanmış bu kitabın adı  dərhal diqqətimi çəkdi.  Bu ad Azərbaycan insanının - vətən oğlunun öz yurduna, öz məmləkətinə  sonsuz və şəriksiz sevgisini birmənalı olaraq ifadə edir. Kitab “Günəş torpağımdan doğur cahana” adlanır. 

Mən bu cümlənin, bu fikrin qatlarına enməyə çalışdım. Daxilən duydum ki, bu cümlədə təkcə bədii fikir yox, bənzətmə yox, epitet yox, birmənalı olaraq bu gün cahanın diqqət mərkəzində olan bir məmləkətin ştirixləri önə çəkilib. Bu, Azərbaycan insanının torpağına bağlılığının........

© Ədalət