Çiynimizdə oturan mələk - ÖLÜM - Əbülfət MƏDƏTOĞLU yazır
Heç kim ondan qaça bilmir
“Qaşla göz arasındadır!” - deyirlər ölüm. Təbii ki, bunu zamanında deyiblər. O zamanda ki, insanlar bir-birinə qarşı bu qədər laqeyd deyildi. Biganəlik, müxtəlif xəstəliklər, viruslar bu qədər artmamışdı. Necə deyərlər, dədə-baba üsulu ilə türkəçarə qaydasında müalicə olunurdu hər kəs. Nə “xərçəng” adı bilən var idi, nə də “tromb”. Nəysə. Amma adamlar ünsiyyət qurmağı, bir-birinin halına yanmağı, bir-birinə dəstək olmağı daha gözəl bilirdilər. Necə deyərlər, bir el-oba səmimiyyəti, bir insan təəssübkeşliyi var idi. Yıxılana hamı əl uzadırdı, büdrəyənin hamı qolundan tuturdu. İndi isə... “Ölüm adiləşib”- deyirlər. Bunun da səbəbini bəzilərimiz müharibə ilə bağlayırıq. İtirdiyimiz övladların acısı ürəyimizi daşlaşdırıb deyirik. Otuz ildə o qədər qan gördük, o qədər hüzrlərdə olduq ki, yas mərasimləri az qala bir yerə yığışmaq üçün görüş yeri kimi dəyərləndirildi. Və adamlar ölkənin müxtəlif yerlərindən həmin yaslara borc-xərc özlərini yetirdilər ki, təsəlli versinlər bir-birlərinə. Beləcə ilk “başın sağolsun”dan sonra mövzu dəyişdi. Həyat problemləri, güzəran adamların fikrini yayındırdı. Ona görə də adiləşdi ölüm. Hətta qonşuda, məhəllədə yas düşəndə də, mağar qurulanda da çoxumuzun diqqətini çəkmədi. Televizorlarımızdan yayımlanan musiqilər nə susduruldu, nə də səsi azaldıldı. Çünki hər kəs öz ölüsünü düşündü. Bilmədi ki, ÖLÜM qaşla göz arasındadır. Hər an qapını döyə bilər. Və bir də ölüm qapıların fərqində olmur. İstənilən qapını istədiyi vaxtda döyür. Bax bu düşüncələrin içərisində ağlımdan bu misralar gəlib keçdi. Bilmirəm nə qədər doğrudur, amma həqiqətən məni çox rahatsız edən pıçıltıdır bu:
Əlvida! - Torpağı daha da sevdirir, Doğmalaşdırır Adama Canımızdan Ayrılan can Yerin altını da yaşıllaşdırır!..
Mən........
