“GECƏ YARISI DÖYÜLƏN QAPILAR” AÇILDI - Əbülfət MƏDƏTOĞLU yazır
Yazıçı-publisist Əlövsət Bəşirlinin DOĞUM GÜNÜNƏ
Bu bir həqiqətdir ki, insanın dayaq nöqtələrindən biri də onun yaddaşıdır. Bu mənada əhvalımın bütün məqamlarında hər şey üçün yaddaşıma güvənmişəm – qəfil sorğuda da, söz sözü çəkəndə də, nəyinsə acısını və ya sevincini yaşayanda da. Odur ki, “yaddaş kartı”nı yeniləmək, ona söykənib dünənə boylanmaq həm xoş təəssürat yaradır, həm də insanın özünü özü ilə üz-üzə gətirir. Bu qarşılaşma da təkcə bir an içində baş verməklə bərabər, həm də o bir an bir ömrün bir parçası olur. Onda özün özünlə danışdıqca həm də o anın içərisində olanları sanki sıfırdan başlayırsan yaşamağa. Doğrudur, bəzən bu yaşamaq cəhənnəm əzabı olur, bəzən isə…
Bəli, mən indi “yaddaş kartı”nın işığında dayandığım nöqtədən dünənə baxıram və baxdıqca da o məsafə gah uzaqlaşır, gah da yaxınlaşır. Bu, xaotik hərəkət deyil, nizamlı bir xatirədir. Məndən dünənə, dünəndən mənə yol gəlir. Bu yolu hər iki istiqamətdə gedib-gələn isə Onunla mənəm. O, yəni haqqında yazdığım adam yaşda da, dünyagörüşdə də, dünyaya baxışda da, hətta sözün təzə-tərini yaratmaqda da məndən öndədi. Mən onu izləyir, ondan öyrənir, həm də onu dinləyirəm. Axı, o məni gecə yarı qovulduğum kəndimə aparır. Özü də heç nəyə, heç bir təhlükəyə əhəmiyyət vermədən üzü Tuğa istiqamət götürüb onun idarə etdiyi maşın. Bu gecə yarı maşını Tuğ kəndinə sürən yazıçı-publisist, dünyanın bir çox üzlərini görmüş, bir çox nəhənglərini tanımış, bir çox nurlu ziyalılarımızla çiyindaş olmuş və ümumiyyətlə, bir çoxlarından bir çox mətləblərdə fərqlənmiş Əlövsət Bəşirlidir…
Az qala 10 günə yaxındır ki, tez-tez xatırlayıram onu. Təbii ki bu da səbəbsiz deyil. Çünki gözümün qabağına yaşadığım həyatı gətirirəm, başıma gələnləri xatırlayıram və həmin anda öz-özümə sual verirəm:
- Bunun özümdən başqa kiməsə bir dəxli varmı? Kimsə bundan iynə ucu boyda təsirlənibmi? Kimsə buna bir əks-səda veribmi? Və nəhayət, kimsə bunun necə bir yaşam olduğunu hiss edibmi?
Bax bu suallar ayrı-ayrılıqda cavabı ilə birlikdə böyük bir mövzudu, lakin bütünlükdə mənim həyatımdı və eyni zamanda da mənim tamaşaçı kimi oturub........





















Toi Staff
Gideon Levy
Tarik Cyril Amar
Sabine Sterk
Stefano Lusa
Mort Laitner
Mark Travers Ph.d
Ellen Ginsberg Simon
Gilles Touboul
John Nosta