Üç Renkli Azərbaycan Bayrağı
Üç Renkli Azərbaycan Bayrağı
Üç Renkli Azərbaycan Bayrağı
Hər bir millətin bayrağı (sancağı) onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Bayraq elə bir rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, gələcəkdə atacaq addımları müəyyənləşdirir. Əgər kimsə yaşadığı bir ölkədə milli ideyanın nədən ibarət olmasını bilmirsə, yaxud da belə bir ideyanın olmadığını iddia edirsə deməli, onun şüurunda milli bayraq anlayışı ya çox zəif şəkildə mövcuddur, ya da ümumiyyətlə yoxdur. Çünki milli bayraq yeganə mənəvi-ideoloji anlayışdır ki, vətəndaş onda özünü-kimliyini, dilini, mədəniyyətini və s. görür. Deməli, milli bayrağın mahiyyətini, mənəvi-ideoloji mənasını anlamayan bir kəsdə bayraq sevgisi yarana bilməz. Bu mənada bugünkü Azərbaycan Cümhuriyyətinin üçboyalı bayrağı onun milli varlıq fəlsəfəsidir. Bu üçboyalı bayraqda Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır. Ancaq təəssüflər olsun ki, bir çoxlarımız milli baryaq ideyasını kifayət qədər anlamırıq və yaxud da anlamaqda çətinlki çəkirik. Hətta bəziləri üçün üçboyalı milli bayrağımız yalnız rənglər və bezdən ibarət maddi bir mahiyyət daşıyır. Halbuki, bayrağı milli bayraq edən nə bez, nə də onun təsviri deyildir. Milli bayrağın müqəddəsliyi, ucalığı, mənəvi mahiyyəti və s. onun boyalarındakı mənəvi-ideoloji mənası ilə bağlıdır. Bu baxımdan milli bayrağı yalnız ayrı-ayrı rənglərin təsadüfi bir toplusu kimi görmək, hər boya haqqında bir anlayış işlədib bununla kifayətlənmək və s. doğru deyildir.Fikrimizcə, bu gün milli bayrağın fəlsəfi-ideoloji mənasının dərkindəki problemlərin nəticəsidir ki, Azərbaycan türk bayrağı İranda, Belçikada və b. ölkələrdə aşağılananda (məsələn, milli bayrağımız tərsinə asılanda və s.) bir toplum olaraq buna anındaca nəinki yetərli, heç onun yarısı qədər belə reaksiya göstərmirik. Ümumiyyətlə etiraf etməliyik ki, milli bayrağa qarşı istər daxildə, istərsə də xaricdə xoşagəlməz hallara yalnız rəsmi dövlət səviyyəsində deyil, bir millət olaraq göstərilən təpkilər də çox zəifdir. Bunun səbəbini ilk növbədə, milli bayrağın yaranma tarixini istənilən şəkildə öyrənməməyimizdə, onun mənəvi-ideoloji mənasını lazımınca qavramamaqda, təhsilmizdəki problemlərdə və s. axtarmalıyıq.Bugünkü Azərbaycan türk bayrağı rəsmi şəkildə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin dövlət bayrağı kimi yaransa da, onun tarixi türkün tarixi qədər qədimdir. Şübhəsiz, bu bayrağın hər boyasında türk millətinin özü izi, dəsti-xətti vardır. Öncə qeyd etməyi zəruri bilirik ki, Azərbaycan Cümhuriyyətinin ilk bayrağı, fonunda aypara və səkkizgüşəli ulduz olmaqla yalnız qırımızı-al boyadan ibarət olmuşdur. Həmin dövrdə də, bu gün də həmin bayraq, kiçik fərqlə – aypara və beşgüşəli ulduz olmaqla Türkiyə Cümhuriyyətinin bayrağıdır. Türkiyə və Azərbaycanın bayraqlarının oxşarlığını 1918-ci ildə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi aparmaq üçün, Azərbaycana gələn milli ziyalılarımızdan Əli bəy Hüseynzadə də görmüşdür. Əli bəy yazır: «Bayrağı bizimkinin (yəni Türkiyənin -F.Ə.) eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm». Deməli, Ə.Hüseynzadə cüzi fərqi nəzərə almasaq, Azərbaycan və Türkiyə bayrağını türk bayrağı kimi xarakterizə etmiş, bundan çıxış edərək hər iki ölkənin türk dövləti olduğunu vurğulamışdı.Ümumiyyətlə, qeyd etməyi vacib bilirik ki, həmin dövrdə hər iki türk dövlətinin eyni bayrağı daşıması Azərbaycan Cümhuriyyəti üzərində ciddi təzyiqlərə səbəb olmuşdu. Xüsusilə, antitürk qüvvələr (ruslar, ermənilər, farslar və b.) Azərbaycan Cümhuriyyətini Türkiyənin bir hissəsi olmaqda ittiham edir, onun müstəqilliyinə kölgə salmağa çalışırdılar. Bütün bunların doğru olmadığını sübut etmək üçün, Azərbaycan Cümhuriyyətinin qurucuları başda Məhəmməd Əmin Rəsulzadə olmaqla milli bayrağı yenisi ilə, yəni üçboyalı bayraqla əvəz etməli oldular.Ancaq Azərbaycan Cümhuriyyətinin yeni üçboyalı bayrağı özündən əvvəlki təkboyalı al-qırmızı bayrağı nəinki inkar etmiş, əksinə mənəvi-ideoloji mənada onu tamamlamışdı. Başqa sözlə, Cümhuriyyətin ikinci bayrağında al-qırmızı boya və ayparalı səkkizguşəli ulduzla yanaşı, türklüyü və islamlığı ifadə edən göy və yaşıl rənglərin öz ifadəsini tapması ilə, milli bayraq tam bir mənəvi-ideoloji dəyər kəsb etmişdi. Bu baxımdan təkboyalı bayrağın üçboyalı bayraqla əvəz olunması müəyyən mənada siyasi amillərlə bağlı olsa da, əslində onun yaranmasında milli-türk və müstəqil Azərbaycan ideyası daha mühüm rol oynamışdı. Üçboyalı bayrağın ideya müəllifi türk ideoloqu Əli bəy Hüseynzadə olsa da, onu müstəqil Azərbaycan-türk dövlətinin bayrağı kimi əbədiləşdirən isə M.Ə.Rəsulzadə olmuşdu. M.Ə.Rəsulzadə, Y.Akçuraoğlu, Z.Gökalp və başqaları etiraf edirlər ki, Ə.Hüseynzadə 1906-1907-ci illərdə nəşr olunan «Füyuzat» jurnalında «islam əqidəli, türk qanlı və Avropa qiyafəli bir insan olalım» – deməklə, bütün türk xalqlarının ortaq məfkurəsinə çevrilən «türkləşmək, islamlaşmaq və müasirləşmək» ideyasının təməlini qoymuşdur. Ə.Hüseynzadənin bu «üçlü» düsturuna görə, hər müsəlman-türk müasir ruhlu milli və dini birlikdən çıxış etməlidir. Çünki Ə.Hüseynzadənin ideoloji-fəlsəfi baxışlarında milli və dini kimlik bir yerdə götürülürdü. Bunu, Ə.Hüseynzadə belə izah edirdi ki, islam........
© tarihistan.org
