menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİ: ƏNƏNƏLƏR VƏ ÇAĞDAŞ TENDENSİYALAR (XIX-XX ƏSRLƏR):I

53 11
15.01.2025

AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİ: ƏNƏNƏLƏR VƏ ÇAĞDAŞ TENDENSİYALAR (XIX-XX ƏSRLƏR)

1.Yazı

Faiq ƏLƏKBƏRLİ,

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”

şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan Türk fəlsəfəsi yalnız keçmişimiz, dünənimiz deyil, eyni zamanda bu günümüzlə, gələcəyimizlə birbaşa bağlı olduğu üçün onu araşdırmaq, təhlil etmək çox vacib və məsuliy­yətli məsələdir. Ona görə ki, bu dövrdə Azərbaycan türklərinin ictimai-siyasi həyatı və mədəni-fəlsəfi mühiti yeni bir mərhələnin başlanğıcına təsadüf edir. Yeni mərhələdə isə əsas diqqəti çəkən məsələ odur ki, Azərbaycan türkləri bir tərəfdən yeni ictimai-siyasi və elmi-fəlsəfi həyata bütöv şəkildə daxil ola bilməmiş, digər tərəfdən Qərb mədəniyyətinin ciddi təsirinə məruz qalmışdır. Hər iki amil son iki əsrdə Azərbaycan Türk fəlsəfəsinin, tarixinin, mədəniyyətinin, ədəbiyyatının, siyasətinin başlıca prob­lem­ləri sırasında qalmaqdadır. Əgər son iki əsrdə Azərbay­can xalqı maddi və mənəvi anlamda bütöv­lü­yünü qoruya bilməmişdirsə, bu, dolayısıyla onun tarixinin, ədəbiyyatı­nın, dilinin, mədəniyyətinin və fəlsəfəsinin yazılmasında yarım­çıq­lıq kompleksinin ortaya qoymuşdur. Bu, bir həqiqət­dir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi, ədəbiyyatı yarımçıqlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin xalqın, sözün həqiqi mənasında, milli ruhunu əks etdirə biləcək fəlsəfədən, tarixdən, ədəbiyyatdan, mədəniyyət­dən söhbət gedə bilməz. Yəni natamamlıq kompleksi şərtləri altında yazılan hər hansı millətin tarixi, fəlsəfə tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi milli ruhdan başqa nə varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən ya da görün­mə­yən saysız-hesabsız sədlər çəkilir, divarlar hörülür.

Son iki əsrdir ki, Azərbaycan xalqı da məhz maddi-fiziki və milli-mənəvi parçalanma nəticəsində natamamlıq komp­lek­sinə doğru sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad tədqiqatçılar onun tarixini, fəlsəfəsini, mədəniy­yətini, hüququnu, ədəbiyyatını yazmışlar və yazmaqda­dırlar. Bir sözlə, XIX əsrin əvvəllərində Azərbaycan türklərinin ictimai-siyasi və fəlsəfi həyatında yeni mərhələ­yə qədəm qoyması onun maddi-fiziki və milli-mənəvi parçalanması fonunda baş vermiş, bununla da onlarla, bəlkə də yüzlərlə problemlərin təməli qoyulmuşdur. Hər halda Səfəvilər-Qızılbaşlar Türk dövlət­i­nin süqutundan sonra onun yerində yeni imperiya quran Əfşarlar Türk dövlətinin az bir müddət ərzində uğursuzluğa düçar olması Azərbaycan türk­ləri üçün, bu günə qədər çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problem­lərə yol açmışdır. Doğrudur, XVIII əsrin sonlarına doğru keçmiş Səfəvilərlə Əfşarlar dövlət­lərinin qalıqları üzərində Qacarlar Türk dövlətinin meydana çıx­ma­sı bu bölgədə yaşayan Türklər, o cümlədən Azərbaycan türkləri üçün yeni bir ümid işığı olub, bəlkə də bu günə qədər yaşadığımız və yaşamaqda olduğumuz problem­lərin xeyli qisminə son verə bilərdi. Ancaq Qacarlar dövləti çar Rusiya­sı ilə Böyük Britaniyanın hərbi-siyasi oyunları nəticəsində keçmiş Səfəvilər Türk dövlətinin bütün ərazi­lərinə, o cümlədən Güney Qafqaza və Azərbay­canın quzey hissəsinə sahib ola bilmədi. Bununla da Azərbaycan Türk torpaqlarının bir hissəsi çar Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi, onun yalnız gələcək ictimai-siyasi həyatında deyil, elm-mədəniyyət və fəlsəfə sahəsində də xeyli fərqliliklərə, prob­lem­lərə yol açdı. Hər halda Azərbaycan Türk torpaqlarının, Azər­bay­can Türk xalqının çar Rusiyasının işğa­lı altında qalan bir hissəsi ilə, Qacarların tərkibində qalan böyük hissəsi arasında baş........

© tarihistan.org