menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Şeir kimi ömür

17 0
10.05.2026

Şeir kimi ölmək istəyirəm.

Bədii qiraət ustası, əməkdar müəllim, ADMİU-nın professoru Nadir Hüseynovun xatirəsinə elegiya.

O, bədii qiraəti elm kimi əxz edib elm kimi öyrətdi. İfa üslubu, mövzu seçimi, şeiri yaşama tərzi ilə məktəb, canlı əfsanə oldu. O səsini şeirin hər bəndinin yox, hər misrasının məna yükünə, hadisənin, təsvir obyektinin ovqatına uyğun qurur, hər sözün etimoloji ayrıntısını fərqli çalarda verirdi.

Onda poetik nümunənin rəngini vizual effektlə deyil də, səs çalarının bərqində çatdırmaq istedadı vardı.

O, görünməyən sözü görünən səsə çevirməyi bacarırdı.

Onun söylədiyi şeir az qala dil açıb adamla danışırdı, sənin əlindən tutub yaranma faktının baş verdiyi hücrəyə aparırdı.

O, poeziyanın dramaturji yükünü unikal səs tembrinin notu üzərində mükəmməl paylaşırdı.

Zərgər dəqiqliyi ilə.

Onun ifası bəzi qiraətçilərin aludə olduğu yersiz qışqırtılardan, intonasiya zədələrindən, saxta pafoslardan, patetik cırmaqlaşmalardan çox-çox uzaqdı.

Onun bədii qiraəti təbii dağ çeşməsiydi, səmanın duruluğuydu, gözü dincəldən, ruhu toxtadan ağ pəmbə buluddu, Şəhid valideyninin qürura bələnmiş kövrəkliyiydi, əzəmətlə dalğalanan Bayrağımızın çırpıntısıydı, insanlıq fəlsəfəsiydi.

O səs-milli səs idi. Dədə-Qorqud ocağından köz götürən, ulu dağlarda, ana çaylarda arınan, bərkiyən, mətinləşən Azərbaycan kişisinin səsi!

O – tanınmış jurnalist Etibar Cəbrayıloğlunun sözünə qüvvət, nadir sənətkar, nadir qüvvət, Nadir Hüseynov bədii qiraətdə boş-boşuna döşünə döyənlər üçün fakt idi. Təkzibolunmaz fakt!

Kriteriyaların əsir düşdüyü, zövqlərin bəsitləşdiyi, istedad yiyələrinin düşmən gözündə göründüyü, cingənə dingişlərin güxgü qarşısına keçib həvə dişlərini ağartdığı bir vaxtda Nadir Hüseynovun çıxışı sənət örnəyi, klassik məktəb göstəricisi idi.

Nadir Hüseynovun insani fəzilətləri ilə pedaqoq ustalığı sənətkarlığını tamamlayırdı. Əməkdar artist, ADMİU-nun dekanı Nofəl Vəliyev həmin gün sosial şəbəkədə mərhumun xarakterini rövnəqləndirən bir cizgidən söz açmışdı:

“Hər müəllimə nəsib olmur, tələbələri ardınca bu qədər ağlasınlar”.

Dəfn günü vəfat gününə qədər dərs dediyi tələbələr........

© Sonsöz