menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Səsin möcüzəsi:Aydın Qaradağlı

14 0
15.05.2026

Aydın Qaradağlının haqq dünyasına qovuşmasından 46 il ötür.

Səs – təkcə duyğuların zahirdə təzahür forması, özünümüdafiə vasitəsi deyil.

Səs – daxildəki palitranın fəlsəfi çalarını bəlləyən vasitədir.

“Səsin də rəngi var” ifadəsi məndən ötrü aksiomadır.

Duyğusal düşüncələrin görüntü düzənləmək təşnəsi öz harmoniyasında səsin həm də dramaturji modelinin mövcudluğu imkanını qabardır.

Xarakteri, dünyagörüşünü, cəmiyyətdə münasibəti, inamı və imanı, alın yazısını öz strukturunda ehtiva edən səs məhz bu komponentlərin tarazlaşdırdığı rəngi və ünü təqdim edir.

​Gümüş səs, bass səs, məxməri səs, tenor, bariton... Mümkün deyil ki, bu sıralama hansı formadasa iç aləmin sevinci və ya əndişələri ilə sıx bağlanmasın.

Çox müşahidə etdiyim məqamlardandı: erkən haqq dünyasına qovuşmuş adamın son şəkillərinə baxanda “gözlərinə baxın, kədəri görürsünüz?” qənaəti söylənilir. Mən bu mistik məntiqə inanıram. Mənə elə gəlir ki, respublikanın əməkdar artisti, görkəmli diktor Aydın Qaradağlının sonuncu leny yazısına qulaq asanda səsin daxili dramaturgiyası öz sahibinin kasandra qanununun diktə etdiyi nigarançılığı bitirəcək. Ömür montajına boyun əymək istəməyən sözlərin, səslərin valın üstündən qaçmaq istədiyini duymaq mümkün olacaq.

​Kimi dindirirsən, “Aydın Qaradağlının səsi qeyri-adi, qəribəydi”, deyir. Mən də bu qənaətdəyəm, hətta “möcüzə” deyirəm. Bu qeyri-adilik, bu möcüzə heç bir televiziya, radio, teatr terminologiyası qəlibinə sığmır.

Bu səs – sadəcə Allah vergisiydi və Aydın Qaradağlı şəxsiyyətini tamamlayan komponent idi.

​Aydın Qaradağlı M.F.Axundov adına Teatr məktəbində oxumuşdu. Kazım Ziyadan, Əli Sultanlıdan, Fatma Qədridən, Mikayıl Rəfilidən, Mehdi Məmmədovdan sənət dərsi almışdı.

​1946-cı ildə ilk dəfə efir həyəcanı yaşamışdı.

Xurşudbanu Natəvanın lirikası sınaq ifası oldu.

1951-1955-ci illərdə əsgərlik xidməti ilə bağlı bir müddət sevimli işindən ayrıldı. Böyük dramaturq Cəfər Cabbarlının adını özü verdiyi qardaşı qızı Gültəkin əmisinin Aydın tamaşasına baxır...

​Hərbi xidmətdən qayıtmış Aydın da “adaşı” olan tamaşaya dəvət olunur.

... Və həmin axşam taleyin dramaturgiyası Cəfər dramaturgiyasına yüngülcə düzəliş verir. Aydınla Gültəkin tanış olurlar. İlk baxışdan bir-birlərinə vurulurlar.

​Elə 1955-ci ildə də ailə qururlar.Sözün nazını çəkən, hər səsin üstündə əsən, Azərbaycan dilinin şəhdi-şirəsini doğru çatdırmaq iqtidarında olan sənətkar idi Aydın........

© Sonsöz