RUHUMUZUN RİZİ İLƏ
Ədəbiyyat eyni ruhu daşıyıb, fərqli- fərqli düşünən insanların yaratdığı intellektual mülkiyyətdir. O,insana insani hisslər, duyğular təbliğ edir. Bir əsərin diktə etdiyi duyğu yükünü, yaratdığı təsiri heç bir qanun, heç bir qayda diktə edə bilməz. Zaman – zaman ədəbiyytın tərbiyə etdiyi insanların məhz insan şüurunda yartdığı inqilablar buna örnəkdir. Ədəbiyyatın dostluğu millətlərin dostluğudur deyirlər. Amma böyük bir coğrafiyanı əhatə edən türk xalqlarının söz birliyi, fikir birliyi, məhz onun ədəbiyyatında özünü büruzə verib həmişə. “Divani Lüğət –it türk, “Qutadqu bilik” ,“Dədə Qorqud”, “Əsli və Kərəm”,“Leyli və Məcnun”, “Fərhad və Şirin”, “Koroğlu”, “Manas” əsirlərdir bütün türkcə düşünən insanların ortaq dəyərlərinin inciləri hesab olunur və türkdilli xalqların ortaq dəyərlərə malik olduqlarından xəbər verir. Xalqlar ta bineyi qədimdən yaşadıqları və yaratdıqları nə varsa onu öz ədəbi dilində gələcəyə çatdırmağa çalışıb. Bir xalqın folklorunda, dastanlarında, ağılarında, bayatılarında, laylalarında,........
