menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Rene Votye. Rejissor və senzura...

10 0
yesterday
Fransız Rene Votye kino tarixində ən çox senzuraya məruz qalmış rejissor sayılırdı. Paradoks, ancaq fakt: senzorların qurbanları siyahısında rekordçu heç də totalitar rejimdə yox, demokratik və azad Avropa ölkəsində yaşayırmış.
Senzorlar onu niyə sevməliydilər ki? O, kommunistdi, mütəmləkəçiliyə qarşı mübarizə aparırdı, Əlcəzair savaşında Parisin yox, inqilabçıların tərəfini tutmuşdu. Bunun üçün güllə yarası da almışdı, həbsdə də oturmuşdu. O, Əlcəzairdəki vəhşilikləri kameraya köçürmüş ilk rejissordu. Onun "Afrika 50” filmi düz 45 il demokratik Fransada qadağan olunmuşdu. Belələrinə azad dünyada "dövlət düşməni” kimi baxırlar. Ən çox senzuraya məruz qalmış rejissor titulunu Rene Votye nə aşağı instinktləri ekrana daşıdığına, nə də yataq səhnələrinə görə haqq etmişdi. Onun ostrakiyaya məruz qalması siyasi kino çəkməsi ilə bağlıydı. Onun çəkdikləri nəinki siyasətçiləri, həm də orta statistik obıvatelləri qəzəbləndirirdi. Onu təkcə siyasi elita yox, meşşanlar da görmək istəmirdi. Kinematoqrafın popkorn satmaqla yox, dünyanı dəyişməklə məşğul olduğu o uzaq illərdə Rene Votyenin filmləri hərbi əməliyyatlar kinoteatrının ön səfində yer tuturdu.
Və Votyenin siyasi kinosu indiki "humanitar kinolar”dan kökündən fərqlənirdi. Votye Əlcəzairdə, Fil Dişi sahilində və digər müstəmləkələrdə qanı axıdılan qurbanlıqlara münasibətdə sadəcə və yalnız acımaqla kifayətlənməyə çağırmırdı. O, mübarizəyə qalxan həmin kölələrlə bir sırada addımlamağı, onların haqq işinə kənardan yox, yaxından (kim nə ilə bacarırsa) kömək etməyi, bir sözlə İnqilab zamanı inqilabçı olmağı təbliğ edirdi. Və təbliğ etdiyi kimi də yaşayırdı.
***
1944-cü ildə 16 yaşlı Rene nasistlərə qarşı vuruşmaq üçün Fransa partizanlarına ("maki”) qoşulur. O savaş onu pasifist edir. Sonralar memuarlarında yazır: "Əlində qumbara tutmusansa, onu haqq işi üçün istifadə etmək meyli baş qaldırır. Və artıq 16 yaşın olanda qumbaranın insan bədənini nə hala saldığını görürsənsə, iki yolun qalır - ya qatil olursan, ya da özün-özünə deyirsən: problemin başqa yolu da olmalıdır”. O, problemin başqa yolunu seçir. Həmin yol kino olur.
Müharibədən sonra Fransa Kommunist partiyasına daxil olan Rene ilk tapşırıq kimi fəhlə........

© Qaynar