menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Hubris

21 0
12.06.2026

"Hubris" qədim yunan dilində həddindən artıq təkəbbür və lovğalıq mənasını verir. Bu anlayış sadəcə adi lovğalıq deyil: insanın öz imkanlarını, statusunu və ya gücünü həddindən artıq şişirdərək taleyə meydan oxumasıdır. İlahi qanunlara və ilahi nizama meydan oxumağı məhz "hubris" sindromuna yaxalananlar bacarır. Bu, dəhşətli bir xəstəlikdir. İşin pis tərəfi odur ki, bu xəstəliyə tutulan adam vəziyyətini dərk etmir. Kimsə desə də başa düşmür, öz vəziyyətinin reallığını görmək istəmir.


Antik dövrdə hubris ən böyük günahlardan biri hesab olunurdu. Bu, bir insanın özünü tanrılarla bərabər görməsi mənasına gəlirdi. Belə insanlar tale yollarını özləri müəyyən etdiklərini deyirdilər. Lakin bu böyük süqutun səbəbi idi. Herman Melvil və onun "Mobi Dik" əsəri haqqında danışmazdan əvvəl, qədim yunan mifini xatırlatmağım nahaq deyil. Oxucu "Bu iki mövzu arasında hansı əlaqə ola bilər?" sualına irəlidə cavab tapacaq.


Atasının xəbərdarlığına məhəl qoymayaraq, özünə və qanadlarına həddindən artıq güvənib günəşə çox yaxın uçan, nəticədə mum qanadları əriyərək dənizə düşən İkarın hekayəsi ən uğurlu hubris nümunəsidir. Bəlkə də Melvil bu əsatirdən ilhamlanaraq özünün məşhur kapitanını yaratmışdı.


Tənqidçilər Herman Melvili "özünü insanlardan təcrid etmək üçün dənizdə gizlənən yazıçı" adlandırırdılar. Onu sağlığında tanınmayan və qiyməti bilinməyən ədəbi simalara aid edirlər. Çoxlu monoqrafiyası, elmi-tədqiqat araşdırması, məqalə və publisistik yazıları olsa da, ədəbi taleyi uzun müddət açılmamış, görünməmiş qalıb. Azərbaycan oxucusu isə onu, demək olar ki, tanımır. Cəmiyyətdən tamamilə təcrid olunmuş bu yazıçı XIX əsr Amerika ədəbiyyatının ən qüdrətli və universal simalarından biri, dünya şöhrətli "Mobi Dik" romanının müəllifidir.


H. Melvil Nyu-Yorkda, varlı bir tacir ailəsində doğulub. Lakin atasının erkən ölümü və ailənin müflisləşməsi onun təhsilini yarımçıq qoymasına səbəb olub. Gənc yaşlarından etibarən ailəsini dolandırmaq üçün müxtəlif sahələrdə çalışıb, sonda isə taleyini dənizlə bağlayıb. 1839-cu ildə ilk dəfə bir ticarət gəmisi ilə Liverpula yollanıb. 1841-ci ildə isə "Akushnet" adlı balina ovlayan gəmiyə qoşulub və Sakit okeana səfər edib. O, gəmidəki ağır şəraitə dözməyərək Markiz adalarına qaçıb və bir müddət adamyeyən qəbilələrin (Taypi qəbiləsi) arasında yaşayıb. Bu dəniz təcrübəsi və qeyri-adi macəralar onun gələcək yazıçı karyerasının əsas bünövrəsini qoyub.


Sonralar maddi problemlərlə üzləşən yazıçı düz 19 il Nyu-York Gömrük İdarəsində işləyib və artıq 1866-cı ildən yazıçılıqla aktiv məşğul olmayıb. 1867-ci ildə Melvilin böyük oğlu təsadüf nəticəsində özünü güllə ilə vurur, bundan sonra ata içki aludəçisinə çevrilir. Ailəsində ardıcıl olaraq depressiya, kədər və bədbəxtliklər yaşanan yazıçının ikinci oğlu da gənc yaşda vəfat edir. 1891-ci ildə o, tamamilə unudulmuş bir gömrük müfəttişi kimi, yoxsulluq içində bu dünyayla vidalaşır. Onun yaradıcılığı ölümündən illər sonra yenidən kəşf edilib və bu gün Melvil Amerika İntibahının zirvəsi hesab olunur.


Melvil ilk romanları olan "Taypi"ni 1846-cı ildə, "Omu"nu isə 1847–ci ildə yazır. Oxucular onu ekzotik adaların dənizçisi və macəra yazıçısı kimi sevsələr də, o, sadəcə macəra yazmaq istəmirdi; ruhu daha dərin, fəlsəfi və psixoloji mövzulara can atırdı.


"Mobi Dik, yaxud Ağ Balina" (1851) — Herman Melvilin yaradıcılığının zirvəsi, dünya ədəbiyyatının ən qüdrətli əsərlərindən biridir. İlk baxışdan dənizdə keçən bir macəra romanı kimi görünsə də, əslində insan ruhunun........

© Qaynar