menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"İsanın incili"ndəki sonsuz suallar

11 0
monday

"İrod yalnız qəzəbi hesabına yaşayırdı. Onu ayaq üstə saxlayan yalnız qəzəb idi…”


"İosiflə Məryəmin oğlu bütün insan oğulları kimi - anasının qanına bələnmiş, hər yanı selikli, öz əzabını dinməz çəkən məxluq kimi doğuldu. Sonra ona görə ağladı ki, onu məcbur etdilər".


"Məryəmin hərəsi bir tərəfə baxan ayaqlarının arasında mamaça dizi üstə çökdü. Çünki qadın həm toxumu qəbul etmək üçün, həm də bətninin meyvəsini vermək üçün ayaqlarını geniş açmalıdır".


Portuqal ədəbiyyatının dahi siması, Nobel mükafatçısı Joze Saramaqonun 1991-cü ildə nəşr olunan "İsanın incili" romanı, dünya ədəbiyyatı tarixinin ən cəsarətli, fəlsəfi və ziddiyyətli əsərlərindən biridir.


Kitab işıq üzü görəndə katolik kilsəsinin və Portuqaliya hökumətinin qəzəbinə tuş gəldi, hətta Avropa ədəbiyyat mükafatının namizədliyindən çıxarıldı. Bu böyük senzura və hücumlardan sonra sarsılan Saramaqo ölkəsini tərk edərək Kanar adalarına köçdü və ömrünün sonuna qədər orada yaşadı.


Görəsən, Saramaqo bu romanda nə yazmışdı ki, yer yerindən oynadı?


Romanın əsas fəlsəfəsi sadə şəkildə verilsə də, çox dərindir. Müəllif ilahiləşdirilmiş İsanı insaniləşdirir.


Saramaqo qatı bir ateist və humanist idi. Onun məqsədi İsanı göylərdən yerə endirmək, onu rəsmi dinlərin təqdim etdiyi "müqəddəs və qüsursuz Tanrı oğlu" qəlibindən çıxarıb, əti, qanı, qorxuları, şəhvəti, şübhələri və vicdan əzabı olan real bir insan kimi göstərmək idi.


Romanda hadisələr İncildəki xronologiyaya bənzər şəkildə irəliləsə də, motivlər və personajların daxili dünyası tamamilə fərqlidir.


Atanın günahı və İsanın mirası diqqəti çəkən əsas süjet xəttidir.


Əsərdə İsanın yer üzündəki atası Cozef, yəni Yusif müqəddəs fiqur deyil. O, Kral Hirodun Betleyemdəki bütün körpələri qətlə yetirəcəyini qabaqcadan eşidir. Öz canını və ailəsini qurtarmaq üçün gizlicə qaça bilsə də, şəhərdəki digər günahsız körpələri xəbərdar etmir, onları ölümə tərk edir. Cozef ömrünün sonuna qədər bu vicdan əzabı ilə yaşayır və sonra romalılar tərəfindən çarmıxa çəkilir. Atasından İsaya miras qalan yeganə şey isə Tanrının lütfü deyil, məhz bu "genetik günah hissi" və qorxulu yuxulardır.


İkinci əsas məqam müəllifin Tanrı və şeytanı eyni sikkənin iki üzü kimi təqdim etməsidir. Bu isə dindarlar üçün cox ciddi məsələdir. Təkcə bu cümlənin yazılması, dilə gətrilməsi dinşünasların kəskin və böyük etirazına səbəb ola bilər və bildi.


Saramaqo yaradıcılığının ən dahiyanə fəlsəfi dialoqu İsa, Tanrı və Şeytanın dənizdə, dumanın........

© Qaynar