menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Üç illik fürsət: Sülh Brejnevdən Trampadək...

42 0
23.02.2026

Bir dəfə "soyuq müharibə" zamanındakı Dünya Sülh Təşkilatından da bir-iki cümlə yazmışdıq. Onu SSRİ yaratmışdı, o, da maliyyələşdirirdi. 


Sovetlərlə birlikdə o təşkilat da qeyb oldu. Əslində bu institut xeyli qabaq, az qala, Stalin dövründə formalaşmağa başlamışdı, amma şəxsən mənim yadımda daha çox Leonid Brejnevin təşkilatı kimi qalıb, üstəlik, o dövrdə bunun bir hindli sədri də var idi: Romeş Çandra, lap filmlərdəki hind artistlərinin adlarını xatırladırdı.    


Ötən həftə isə prezident Donald Trampın yaratdığı Dünya Sülh Şurasının "prezentasiyası” oldu.  Dəvət alsa da, SSRİ-nin varisi Rusiya daha burada yox idi. Heç böyük Avropa ölkələri də buna maraq göstərmirlər, üstəlik, nəinki dəvətdən qəti imtina edənlər, hətta təşəbbüsə mane olmaq istəyən ölkələr də var, özü də böyük Avropa dövlətləri arasında. 


Hələlik dəqiq yəqinləşdirmək də olmur ki, bunun missiyası bir yana, bəs gələcək idarəçilyi, əsas da perspektivi necə olacaq? Qınamayın, adamda belə təəssürat yaranır ki, sanki bu, Tramp başda olmaqla beş-üç amerikalı siyasətçinin yaratdığı QHT-dir: məlum deyil ki, Tramp bunu böyük sülh təşəbbüsü kimi Nobel Komitəsinin "gözünə soxmaq” istəyir, yoxsa ki, özünə təqaüd vaxtı baş qatmaqçün........

© Qaynar