İran niyə bu günə qaldı?..
İran, deyəsən, doğrudan da Ukraynanı arxa plana keçirib.
Əlbəttə, Tehran bizə qonşu ölkədir. Onunla yaxınlığımızın təfərrüatları bir yana, bu müharibənin bizim üçün nəticələri də Rusiya–Ukrayna müharibəsindən daha çox ola bilər: həm pozitiv, həm də neqativ mənada.
Amma çox maraqlıdır ki, eyni diqqət digər ölkələrdə də hiss olunur. Hərçənd Kiyev–Moskva münasibətlərində baş verən ləng proseslər hələ real nəticələr verməsə də, ətalət üzrə davam etməkdədir. Sadəcə, hamı anlayır ki, Vaşinqtonun iştirakı olmadan Ukrayna məsələsini həll etmək mümkün olmayacaq və Qərbdə heç kim istəmir ki, Vaşinqton indi də Yaxın Şərqdə "ilişib” qalsın. Bunu yalnız Moskvada istəyirlər...
Həm də bilirsiniz, adamın ağlına nə gəlir? Ukrayna da ərazi baxımından böyük dövlətdir, əhalisi də digər postsovet ölkələri ilə müqayisədə heç də az deyil. Amma bütün hallarda gənc dövlətdir və bəxti də onda gətirməyib ki, Rusiya ilə qonşudur, Moskva ilə müəyyən bağlılıqları var və vaxtilə də olub — bəli, bədbəxtlikdən...
Ona görə də adam Ukraynada baş verən proseslərə bir qədər "anlayışla” yanaşa bilir. Amma İranda baş verənləri anlamaq və bunlarla razılaşmaq elə də asan deyil. Çünki istər-istəməz ağla bir sual gəlir: axı İran niyə bu hala düşməli, az qala "izqoy” dövlətə çevrilməli, onun-bunun hədəfi olmalı idi? Niyə belə olmalı idi? Problem təkcə nüvə silahındadırmı?
Düşünmürük. Əlbəttə, böyük nüvə dövlətləri başqa ölkələrin də bu silaha sahib olmasına həmişə qısqanclıqla yanaşıblar və indi də belə yanaşma davam edir. Pakistan nüvə silahına sahib olanda bunu alqışladılarmı? Lap müsəlman ölkəsi bir yana, bütpərəst ölkə olan Hindistan nüvə silahına problemsiz sahib oldumu? Əlbəttə ki, yox. Hələ də hesab olunur ki, hindistanlı fizik Baba məhz bu səbəbdən müəmmalı şəkildə öldü, çünki Dehlinin........
