İran hazırda "daş dövrü"ndə deyilmi?..
Bir neçə il bundan əvvəl Avropaya köçən bizim bəzi siyasi-ictimai fəallarımız bir az emosiyaya - hissiyata qapılaraq, hətta ola bilsin, əsəbiləşərək, acığa düşərək "Azərbaycanı da Suriyaya çevirəcəyik!” kimi "bəyanat”lar verirdilər.
Bir daha deyirəm ki, onların da çoxu əslində vətənpərvər insanlar idi, sadəcə, nə edəsən ki, gənc dövlətlər dərhal ideal demokratik, dərhal ədalətli, hətta hüquqi olmur, müəyyən, bəzən də haqsız anlaşılmazıq yaşayır insanların bir qismi. Hər şey bir yana, hamı tolerantlıqdan-dözümlülükdən danışır, amma özü haqqında kiçicik tənqidi bir söz-fikir oxuyanda az, qalır dünyanı dağıtsın: təəssüf, hamımıza aiddir bu...
O vaxt məcbur olub yazdım və dedim ki, qardaşlar, siz Azərbaycanı Suriyaya niyə çevirirsiniz, gücünüz-qüdrətiniz varsa, onu da Avropaya çevirin və hamımız sizlərə minnətdar olaq: axı biz də insanıq, yazıq deyilikmi, onsuz da otuz il müharibə yaşamışıq, nə günahımız var ki, durub hələ bir Suriya da yaşayaq?..
Bunu niyə xatırladım? Ötən həftənin sonunda prezident Trampın amerikalılara müraciəti oldu. Bir cümlə diqqətimi xüsusilə cəlb etdi: bəli, Tramp İranı onu "daş dövrü”nə çevirəcəyilə hədələyirdi.
Bilirsiniz, dərhal ağlıma nə gəldi? Cənab prezident, İran elə indinin özündə "daş dövrü”ndə deyilmi? Bir tərəfdən oradan-buradan oğurlayıb raket quraşdırır, hətta atom silahı düzəltməyə........
