İrəvanı KTMT və AİB-dən nə vaxt qovacaqlar?..
Rusiya-Ukrayna münasibətlərindən sonra postsovet məkanında hazırda ən çox diqqət çəkən mövzulardan biri Rusiya-Ermənistan münasibətləridir. Bu münasibətlər heç vaxt Rusiya-Ermənistan müharibəsinə çevrilməyəcək. Çünki kiçik Ermənistanın nə belə perspektivi, nə də buna imkanı var. Rusiyanın burada seçə biləcəyi yol isə Moskvanın İrəvanın siyasi olimpinə özünə yaxın bir şəxsi iki üsuldan biri ilə gətirməsidir: ya dinc seçkilər vasitəsilə, ya da ölkə daxilində hansısa qarşıdurma yaratmaqla.
Ermənistanda seçkilər yenicə başa çatıb. Müxtəlif ssenarilər səsləndirilirdi, lakin onların heç biri baş vermədi. Üstəlik, Ermənistan müxalifəti, görünür, mandatlardan da imtina etmədi. Qarşıda Paşinyanın yalnız bir problemi qalıb. Bu da yeni konstitusiyanın qəbul edilməsidir.
Alınacaqmı? Görək nə olur. Bir neçə gün əvvəl Paşinyan bu barədə elə danışdı ki, sanki bu müstəvidə yeganə problem konstitusiyanın hazırlanaraq müzakirəyə çıxarılmasıdır və bunun ilin sonunadək həyata keçiriləcəyini bildirdi. Görünür, Paşinyan da arxayındır.........
