menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Böyük idmanın böyük dərdi: qeyri-idmançı haqda...

16 0
06.07.2026

Kəşfləri tək dahilər etmir, adi insanlar da edir – bir fərqlə ki, dahilər bunu hamı üçün, bütün insanlıq üçün edir, adi adamlarsa özləri üçün. Bir adi adam idmanla nə qədər maraqlana bilərsə, mən də o dərəcədə idman üzrə "mütəxəssis”əm, ona görə əvvəldən üzrxahlığımı edirəm ki, tez özünüzdən çıxıb "kişi, başın çıxan şeylərdən yaz də!” deməyəsiniz.


Gizlin deyil ki, gənc oğlanlar daha çox idmanın ağır növlərilə maraqlanırlar: futbol heç, bu yaşa gəlmişəm, hələ bir adam görməmişəm ki, "futboldan zəhləm gedir” desin. Daha sonra boks, nə bilim, bunun güləşi, sambosu, cidosu gəlir.


Mən ağır güc idmanlarından danışmaq istəyirəm. Onlar haqqında mən ilk "zərbə”ni Cek Londonun "Ağır əlcəklər” hekayəsini oxuyanda almışam. Çox təsirləndirmişdi məni. Daha güclü zərbə isə ilk dəfə xəstə Məhəmməd Əlini canlı görəndə yaşadım - əlbəttə ki, televiziyadan görməkdən söhbət gedir. 


Sonralar onu hərdən göstərirdilər və adam bu kadrlara baxıb az qala, hər şeyə nifrət edirdi. Hərçənd, hələ də dəqiq bilmirəm, Əlinin bu xəstəliyə düçar olmasında böyük idmanın rolu nə qədər........

© Qaynar