Əvvəl "yaxşı padşah", indi də "yaxşı molla"...
Əgər dünyanın, həyatın özü böyük paradoks olmasaydı bəlkə günümüzdə bu balaca planetdə baş verən dürlü paradosklara təəccüb etmək lazım gələrdi. Amma belə deyil, həyatımız, çevrəmiz, yaxın da, uzaq da paradokslarla doludur: baxırsan, bir yerdə hansısa sərt rejimi çökdürmək üçün böyük cəhdlər edilir, bunun bircə addımlığındasa kimsə yeni bir sərt rejim yaratmaq üçün tədarük görür.
Həqiqətən insan deyilən məxluq elə doğrudan Tanrının yaratdığı məxluqların ən qəribəsidir. İllər öncənin söhbətidir: "Azadlıq” qəzetində bir gənc şair (əlbəttə, o vaxt üçün!) dostumuz oxumaq üçün bir neçə şeirini vermişdi. Özünə də dedim, biri diqqətimi çox çəkdi. Əzbər yadımda deyil, amma mənası bu idi ki, yerdə dilənçi haradansa əlinə keçmiş porno-jurnalı həvəslə vərəqləyir, Tanrı isə göydən bu mənzərini seyr edərək uğunub gedir...
Bəli, həyat da, ən əsası insan da belədir. Ona görə daha ağıllı insanlar deyirlər ki, tarix bircə onu öyrədir ki, o, heç kimə, heç nəyi öyrətmir, nə də ondan heç kim öyrənmək istəmir.
Odur, dünyada siyasi şoular baş alıb gedir. Tramp Ukraynada bir şey edə bilməyib, Qrenlandiyaya keçdi, bundan sonra Venesuelada Maduronu yatağından götürdü, ardınca İranda bu hoqqanı başladı, indi də deyirlər ki, guya "Kubanın məsələsi”ni həll etməyə çalışır! Uğurlar! Amma belə silsilə, "permanent inqilablar” heç yoldaş Trotskinin də ağlına gəlməzdi,........
