Qafqazda sülhün bərpası: İlham Əliyev Avropaya siyasət dərsi keçdi
2026-cı il mayın 4-də "Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə çıxış edən İlham Əliyev növbəti dəfə Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallıqları beynəlxalq auditoriyanın diqqətinə çatdırdı. Bu sıradan diplomatik bəyanat deyildi; burada həm regionun gələcəyinə dair strateji baxış, həm də uzun illər davam edən qarşıdurmadan sonra yaranmış yeni münasibətlər sisteminin konturları aydın görünürdü.
Möhtərəm Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Ermənistanın "Avropa Siyasi Birliyi”nin 2028-ci il Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi oldu. Bu fakt təkcə texniki və ya protokol xarakterli qərar deyil, regionda etimad mühitinin formalaşmağa başladığını göstərən mühüm siyasi göstəricidir. Bir müddət əvvəl qarşıdurma vəziyyətində olan iki dövlət arasında belə bir diplomatik dəstəyin ortaya çıxması, sülh prosesinin artıq nəzəri müstəvidən praktik mərhələyə keçdiyini göstərir.
Bu kontekstdə Nikol Paşinyanın toplantıda onlayn formatda iştirak edən İlham Əliyevə təşəkkür etməsi ayrıca siyasi və mənəvi çəki daşıyır. Bu jest, hər nə qədər diplomatik nəzakət çərçivəsində səslənsə də, əslində tərəflər arasında yeni münasibətlər atmosferinin yarandığını nümayiş etdirir. Bir neçə il əvvəl belə bir mənzərə region üçün əlçatmaz........
