menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İlham Əliyevin Xocalı çıxışı: yaddaş, ədalət və dövlət iradəsinin bəyanatı

32 0
04.03.2026

Prezident İlham Əliyevin Xocalıda Memorial Kompleksin açılışında səslənən nitqi müasir Azərbaycan tarixinin ən ağrılı səhifələrindən birinə siyasi-hüquqi qiymətin, eyni zamanda son illərdə baş vermiş köklü geosiyasi dəyişikliklərin məntiqi yekunu idi. Cənab Prezidentin çıxışı faktlara söykənən, ardıcıl qurulmuş və emosional yükü yüksək olan bir siyasi manifest təsiri bağışladı.


Dövlət başçısı nitqində 1992-ci ilin fevralında baş vermiş Xocalı hadisələrini Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi xarakterizə etdi və məsuliyyətin birbaşa rəsmi İrəvanın üzərində olduğunu vurğuladı. Rəsmi statistikaya əsasən, bir gecədə 600-dən çox mülki şəxs qətlə yetirilib, onlardan 106-sı qadın, 63-ü uşaq olub, 150 nəfər isə itkin düşüb. Prezident bu rəqəmləri sadalamaqla faciənin miqyasını konkret faktlar üzərindən xatırlatdı və hadisənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı cinayət olduğunu bildirdi.

Çıxışın mühüm istiqamətlərindən biri beynəlxalq müstəvidə aparılan informasiya və hüquqi mübarizə idi. Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!”........

© Qaynar