Enerji təhlükəsizliyindən yaşıl gələcəyə: Azərbaycanın qətiyyətli yol xəritəsi
İlham Əliyevin Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışı dəyişən dünyanın enerji xəritəsində Azərbaycanın yerini, çəkisini və iradəsini nümayiş etdirən strateji baxış idi. Bu, həm də mürəkkəb geosiyasi şəraitdə praqmatik siyasətin, uzunmüddətli planlamanın və tərəfdaşlığa sadiqliyin təqdimatı idi.
Son on iki ildə dünya bir neçə dəfə sarsıldı – enerji böhranları, müharibələr, təchizat zəncirinin qırılması, siyasi qarşıdurmalar. Belə bir şəraitdə enerji təhlükəsizliyi artıq abstrakt anlayış deyil, dövlətlərin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Məhz buna görə də Bakıda keçirilən bu platforma sadəcə illik toplantı yox, enerji təhlükəsizliyi üzrə beynəlxalq dialoqun mühüm mərkəzinə çevrilib.
Azərbaycan bu gün 16 ölkəyə qaz ixrac edir. Boru kəmərləri vasitəsilə ən çox ölkəyə qaz tədarük edən dövlət kimi ölkəmiz qlobal enerji bazarında özünəməxsus mövqeyə sahibdir. Bu, təsadüfi nəticə deyil. Bu, ardıcıl siyasətin, infrastruktur yatırımlarının və etibarlı tərəfdaş imicinin məntiqi nəticəsidir. Üstəlik, qaz........
