menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Artıq Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz

24 0
18.08.2026

Son günlər Rusiyanın bir sıra media və informasiya platformalarında Azərbaycana, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı müşahidə olunan aqressiv ritorika artıq adi media polemikası çərçivəsindən çıxıb. Təhqir, təhdid, fiziki zorakılığa çağırış və Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə cəhdlərini ehtiva edən bu kampaniya mahiyyət etibarilə informasiya müstəvisində təzyiq göstərmək cəhdidir. Bunun jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Jurnalistikanın vəzifəsi həqiqəti araşdırmaq, sual vermək, fərqli mövqeləri təqdim etməkdir. Bir xalqı və onun seçdiyi siyasi rəhbərliyi hədəfə almaq, zorakılığa çağırış səsləndirmək isə artıq tamam başqa məqsədlərə xidmət edir.

Məsələnin diqqətçəkən tərəfi budur ki, bütün bunlar Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə siyasi səviyyədə səsləndirilən fikirlərin fonunda baş verir. Yəni bir tərəfdən dövlətlərarası münasibətlərdə əməkdaşlıqdan, digər tərəfdən isə Rusiyanın müəyyən media platformalarında Azərbaycana qarşı görünməmiş aqressivlikdən danışılır. Bu ziddiyyət istər-istəməz sual yaradır: Azərbaycan öz müstəqil siyasətini daha qətiyyətlə həyata keçirdikcə, bundan narahat olan qüvvələr niyə informasiya hücumlarını intensivləşdirirlər?

Cavab əslində aydındır. Azərbaycan artıq kiminsə regional təsir dairəsində hərəkət edən, qərarlarını başqalarının münasibətinə uyğunlaşdıran ölkə deyil. Azərbaycan öz milli maraqlarını əsas götürən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər quran və xarici siyasətinin istiqamətini özü müəyyən edən dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də məhz budur: Azərbaycan heç bir tərəfə qarşı........

© Qaynar