menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

"Qara kabus"un kölgəsində insan taleləri

21 0
29.08.2026

Məşhur rus yazıçısı Mixail Bulqakovun bir narkomanın etiraflarını ehtiva edən "Morfiy" adlı hekayəsi var. Şəxsiyyətin aqoniyasının, tədrici ölümünün, özünüaldatmasının və asılılığının ustaca təsvir edildiyi bu hekayə onu oxuyanlar üçün sanki psixoloji məşq təəssüratı doğurur. Bu cür insanları anlamaq və faciələrini duymaq baxımından belə mətnlərin faydası hər zaman böyük olub. Bəs bu faciələri doğuran səbəblər, ona aparan yollar necə? Vaxtında bu ziyandan çəkindirmək, öldürücü xəstəlikdən uzaqlaşdırmaq üçün hansı addımların atılması lazımdır? Arzu Nağıyevin "Qara kabus"u məhz bu missiyadan hasilə gələn kitabdır.

Arzu Nağıyevin "Qara kabus" əsərində mövzu narkomaniya olsa da, söhbət insan həyatından, itirilən gələcəkdən, dağılan ailələrdən, cinayətin görünməyən mexanizmlərindən və bir insanın ömrünün necə geri dönüşü çətin olan uçuruma sürüklənməsindən gedir. Ona görə əsər valideynlər üçün xəbərdarlıq, müəllimlər üçün maarifləndirici mənbə, gənclər üçün ciddi düşüncə materialı, cəmiyyət üçün isə sosial məsuliyyət çağırışıdır! Kitabın elmi-populyar xüsusiyyəti ilə publisistik tonu bir-birini tamamlayır. Faktlar oxucunu məlumatlandırır, real həyat nümunələri düşündürür, müəllifin münasibəti isə məsələni mənəvi müstəviyə keçirir. Beləliklə, narkomaniya abstrakt bir anlayış olmaqdan çıxıb konkret insan talelərinin fonunda görünür.

"Qara kabus"un ilk diqqətçəkən cəhəti müəllifin mövzuya kənardan baxmamasıdır. Arzu Nağıyev uzun illər hüquq-mühafizə və təhlükəsizlik sahəsində çalışmış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı real hadisələrlə, cinayət mexanizmləri və insan taleləri ilə üz-üzə gəlmiş şəxsdir. Bəlkə buna görə əsərdəki narahatlıq nəzəri mülahizədən doğmur. Müəllifin yazdıqlarının arxasında müşahidə, peşə təcrübəsi və həyatın içindən gələn faktlar dayanır.

Əsərin ön sözündə müəllif narkomaniyanın gəncləşməsindən narahatlığını ifadə edərək kitabı məhz maarifləndirmə məqsədilə yazdığını bildirir. Bu, birmənalı şəkildə belədir. Faktla emosiyanın qovuşduğu "Qara kabus"da müəllif oxucunu narkomaniyanın yalnız nəticələri ilə deyil, onun yaranma səbəbləri və yayılma mexanizmləri ilə tanış etməyə çalışır. Yəni Arzu Nağıyevin hədəfi problemi sadəcə təsvir etməklə yekunlaşmayıb, oxucunu təhlükə barədə əvvəlcədən xəbərdar etmək məqsədi daşıyır.

Amma bu çağırış kitabı sırf publisistik mətn kimi oxumaq sədlərini aşıb daha geniş arealda dəyərləndirmək imkanı qazandırır. Hər şeydən əvvəl ona görə ki, burada peşəkar müşahidə ilə insan talelərinin oxunuşu var. Bu talelərin ömür mətni kimi doğulan "Qara........

© Qaynar