İkinci Hidayət müəllim
Azərbaycan idmanında problem çoxdur. Həmin problemlər zaman-zaman qarşımıza çıxır, illərlə öz mövcudluğunu göstərir. Bizim idmançıların xarakterindəki qüsurlar, şan-söhrətdən başgicəllənməyə meyilli olmaları, onlara verilən külli-miqdarda mükafatlardan sonra özlərini itirmələri belə problemlərin başında gəlir.
Nahaq yerə "zirvəyə ucalmaq çətindirsə, zirvədəki yerini qorumaq ondan da çətindir” demirlər. Bizim idmançılar, xüsusən də olimpiya çempionu adını qazananlar bunu bacara bilmir. Yaxşı başa düşürük ki, dünya, Avropa və olimpiya çempionu olmaq hər adamın bacara biləcəyi iş deyil. Bunun üçün illərlə əziyyət çəkmək, gərgin məşqlər etmək, o məşqlərdə tər axıtmaq vacibdir. Eyni zamanda da daim idman formasını qorumaq üçün rejiminə diqqət etməlisən, vaxtında yatıb-durmalısan, qida seçimində diqqətli olmalısan. Çempion olmaq istəyirsənsə, hər istədiyini yeyə bilməzsən. İstedad da ki, öz yerində. İstedadın olmasa, ha məşq et və pəhriz saxla. Bununla çempion ola........
