menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bizdə Elçin, onlarda isə Erik...

16 0
15.05.2026

Azərbaycan Kubokunun finalı yenə də bayrama çevrildi. Artıq buna bir növ vərdiş etmişik. Peşəkar Futbol Liqasının fədakar və zəhmətkeş əməkdaşları belə vacib qarşılaşmaları əsl bayrama çevirməyi bacarır. Söhbət təkcə final görüşlərindən əvvəl təşkil olunan şou proqramlardan və yaxud da təltifetmə zamanı yaradılan möhtəşəm görüntülərdən getmir. PFL hər dəfəsində yeni nəsə ortaya qoyur ki, həmin o yeniliklər sayəsində bu tip oyunlar Azərbaycan futbolunun tarixində yaddaqalan səhifəyə çevrilir. Peşəkar Futbol Liqasının əməkdaşları öz işlərini o qədər sevə-sevə həyata keçirirlər ki, bu yolda öz sağlamlıqlarını riskə atmaqdan belə çəkinmirlər.


Bizim futbolumuzun məhz bu cür peşəkarlara, öz işini sevərək görənlərə, ona can yandıranlara ehtiyacı var. Cəmiyyətin bütün digər sahələrində olduğu kimi, futbolda da bu ehtiyacı açıq-aşkar hiss edirik. Bizdə öz işini vicdanla görən insanlar çatmır. Çoxları çalışır ki, hər şeyi yola versin, gününü keçirsin. Əsas problemimiz də budu. O cümlədən də futbolumuz belələrindən əziyyət çəkir. Uşaq........

© Qaynar