Yağışın kupçası
İcra hakimiyyətində yağışın nəticələri barədə iclas keçirilmişdir, ilkin qənaət belə olmuşdur ki, sel suları ən çox qanunsuz tikilən, gecəqondu evləri basmışdır.
Yəni, istəsən bu nəticə çıxarmaq olar: sel gələndə evin kupçasına baxır, bələdiyyədən, sovetlikdən arayış istəyir. Olsa, keçir gedir, olmasa, basır girir evə. İstəməsən, bu nəticə çıxır ki, gərək insanlar qeyri-qanuni məskunlaşmaya yol verməsin, hər dərədə ev tikməsin.
Əslində, doğrudan da bizdə hətta palçıq vulkanının üstündə ev tikənlər var və günün birində vulkan püskürəndə, məsələn, Biləcərinin Badımcanlıq məhəlləsi Pompey şəhri kimi örtülsə, arxeoloqlar min il sonra günahkar sifətində hökumətimizi biləcəklər. Ancaq qeyri-qanuni tikililər varsa, bunun günahkarı təkcə onu tikənlər deyil. Vəziyyəti o yerə gətirənlərin də günahı vardır. Əlbəttə, günah bir........
