Volapyuk dilinin tədrisi üzrə uğurlarımız
Sayın təhsil nazirimiz növbəti dəfə xalqımızın oxumaq qabiliyyətinin aşağı düşməsindən gileyləndi, bunu sovet hökuməti ilə əlaqələndirdi.
Bakı şəhəri 56-cı yerə düşübmüş. Hər 3 nəfərdən 2-si oxuduğunu qanmırmış. Burada söhbət, əlbəttə, mətn, dəftər-kitab, yazı oxumaqdan gedir. Mahnı oxumaq işində yəqin dünyada birinci yerlərdə olarıq. Hərçənd, dəli şeytan deyir, mahnılarımızın da sözləri anlaşılmaz söz bozbaşından ibarətdir. Məsələn, elə bugünlərdə çıxan populyar mahnının (Aygünlə Namiq oxuyur) sözlərinə baxın: “Yadıma gəlir, sənin gözün qara idi Mən birinci, hamı məndən sonra idi Əzizləyib tutardın əllərimdən Fərqinə varmazdın, o yer hara idi”. Yəni, məlum olmur manıs doğrudan məşuqəsinin əlindən tutub, yoxsa, oxucular da bağışlasın, başqa yerindən.
Ancaq biz təxmin edirik ki, sovet hökumətinin dağılmağından hardasa 35 il keçir. Ya mən səhv fikirləşirəm? Bu müddətdə oxuduğunu anlayan nəsil yetişdirə bilərdik. Bəlkə bəhanə üçün daha uzağa gedək,........
