menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Toyuq hini uğrunda mübarizə

34 0
28.08.2026

Bakı şəhrinə son 20 ildə 200 milyard manat sərmayə qoyulmağı söhbəti nədənsə uzana-uzana gedir. Yəqin söhbətin elə uzaqda açılmağı ilə bağlıdır, çünki bunu şəhərimizin müdiri uzaq Özbəkistan diyarında, hansısa hökumətlərarası tədbirdə səsləndirmişdi.

Böyük ehtimalla həmin faktı söyləməklə paytaxtımızın necə cəlbedici mühitinin olduğunu vurğulamaq istəmişdi. Ki, siz də gəlin, pul qoyun, iş görün, qaz vurun, qazan doldurun. Ancaq həmişəki kimi, iş qaldı qıraqda, hamı qeybət edir.

Əsasən uca xalqımız gileylənir, deyirlər əgər 200 milyard qoyulubsa, paytaxtda niyə yenə tıxacda zülüm çəkirik? Həqiqətən, Bakının tıxacları əməllicə zəhlətökən olmuşdur. Camaat tıxac əlindən hətta maşından düşüb oynamağa başlamışdır, belə xəbər var idi, rəqqasə Renka adlı sənətçimiz yolda rəqs edirmiş. İnşallah, ona əməkdar tıxac rəqqası adı verilər.

Bir qisim insanlar, xüsusilə rayon camaatı isə deyir ki, o 200 milyardın 1-2 milyardını da bizim rayona........

© Müsavat