menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Süni intellekt haqqında hədis

16 0
02.07.2026

Bakı kəndlərindən birində uca şeyximizin kürəkəni yola kamali-ədəblə şlaqbaum, darvaza-zad qoyub xudmani, şəxsi keçid məntəqəsi qayırmışdı. Fotosuna baxanda, vallahi, “Qırmızı körpü” sərhəd postundan heç bir fərqi yox idi. Postun o tayında isə bir yoldaşın həyət-bacası qalmışdı, 20 il həmin adam öz torpağına qayıtmaq üçün mübarizə apardı. Məhkəmələr qərar çıxarmışdı, hətta BMT-nin 3 qətnaməsi vardı, lakin şeyxin qudası keçid vermirdi. Nəhayət bugünlərdə əlaqədar orqanlar qaldırıcı kran, svarka-zad götürüb getdilər, keçidi açdılar.

Möhtəşəm qələbədir. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Yeri gəlib, sayın oxucular üçün bir pritça yazaq. Bir gün adamın birisi yas yerində molladan soruşur: “Molla əmi, naməhrəm zənən xeylağına baxmaq olarmı? Bu günah deyil ki? Birdən qadın qəfil adamın qarşısına çıxsa necə?” Molla deyir: “Bala, svarkadan başqa hər şeyə baxmaq olar”. Pritçanın yadıma düşməsinin səbəbi,........

© Müsavat