Nyu York və Vankuverdəki ot tayası
Təzəlikcə, 6 iyunda xeyli insan internet profillərində belə müdrik-fəlsəfi-riyazi-elmi-dini-metafizik informasiya paylaşmışdı: “6 iyun, 2026 – bir daha belə tarix olmayacaqdır!”. Guya ayın 6-sının 6-cı ildə, şənbə gününə düşməsi nəticəsində nəsə fısqırıq yenilik baş verirmiş.
Hətta Ədliyyə Nazirliyindən alınan bir evlənmə statistikası da paylaşılmışdı, deyir həmin “güzgülü” tarixdə nikah bağlayan zəhmətkeşlərimizin sayı 4 dəfə artmış imiş. Adi günlərdə ortalama 130-135 nikah bağlanırmış, 6 iyunda isə 556 nikaha çıxıbmış!
Əlbəttə, sonra həmin evlənənlər adətən qırğın-qiyamətə çıxaraq boşanırlar, həqiqi toy güzgüsünü qırırlar və ölkəmizdə boşanma sayını ildən-ilə artırmış olurlar, lakin indi tema bu deyil. Məni rəqəmlərin mistikasına inam düşündürdü. Həmin insanlar üçün içində çoxlu 6 rəqəmi olan gündə ailə qurmaq sanki xoşbəxtliyə açar imiş.
Nə sözümüz ola bilər? Heç zad. Bir slavyan ata sözündə deyilən kimi: “Balıq........
