Nəqliyyat məsələsi
Yaxud Tiflisdə qalan bir vaqon adam
Camaat qatara minib gedib başqa respublikaya. İndi ordan üzü bəri gəlməyə bilet tapmırlar. İdarənin açıqlaması da böyük təskinlikdir: “17 sentyabra qədər biletlərin hamısı satılıb. Gələn dəfə səfərə çıxanda hərəkətinizin vaxtını düzgün planlaşdırın”. Vəssalam, şüttamam.
Yəni, bir neçə qatar vətəndaşımız payıza qədər Tiflisdə yaşamağa məcburdur. Köhnə vaxtın adamlarının yadında olar, bir sovet-italyan filmi var idi: “İtalyanların Rusiyada qeyri-adi macəraları”. Orda qəhrəmanlardan birinin pasportunu təyyarədə ikən oğurlayıb tullayırdılar, adam SSRİ-yə çatanda sərhəddən keçə bilmirdi. Təzədən qaytarırdılar İtaliyaya, lakin pasport olmadığı üçün bu dəfə də İtaliya qəbul eləmirdi. Beləcə, adamı təyyarədə ora-bura uça-uça saqqal basırdı.
İndi Tiflisdə qalan vətəndaşlarımızı güman edirəm bu acı tale gözləməz, bir yol bulub vətənə dönərlər. Hərçənd, tema maraqlı temadır və........
