Milli futbol ferması
Norveç futbol yığmasının oyunçusu Erlinq Haaland barədə maraqlı informasiyalar çox yayıldı, onun gah oxşarını tapdılar, gah yeniyetmə vaxtı oxuduğu rep gündəmə gəldi. Ümumilikdə, Haaland əksər norveçlilər kimi pozitiv enerjisi, hətta uduzanda belə ruhdan düşməməyi, rəqibi təbrik edərək meydançadan üzügülər çıxmağı ilə yadda qaldı. Onunla bağlı növbəti xəbər kənd təsərrüfatına meylli olmağı, haçansa idmanı tərk edəndə ferma açıb inək saxlamaq istəməyi haqqında idi.
Bunu oxuyanda fikirləşdim ki, kaş bizim futbolçular da mal-heyvan saxlamaqla məşğul olardı, özü də karyeranı dərhal bitirərək. Gözləməyin nə mənası var, əgər Malta adasına da uduzursansa? Ümumiyyətlə, bütün federasiya, rəhbərlik və texniki işçilər içində olmaqla, fermerlik etsə xalqımıza, o cümlədən özlərinə daha böyük xeyir verər. Stadionlarda qoyun otarsalar, ətin qiyməti........
