Kanalizasiya haqqında hədis
Bizim küçədən təxminən 20 ildir kanalizasiya suları davamlı şəkildə asfaltın üstü ilə axır, ancaq heç bir idarə gəlib bunu düzəltmir. Maraqlıdır ki, hamıdan vaxtaşırı kanalizasiya pulu alınır, o pullar hara gedir, bilinmir. Yəqin NASA-nı maliyyələşdiririk.
Artıq yerli əhali taleyi ilə barışıb, kanalizasiya sularıyla birgə yaşayışın üsullarını tapırlar. Məsələn, dükançı obyektin qabağına taxta paletlər (yük altlığı yazaq, ana dilimizi qoruyaq) döşəyir, balaca beton baryerlər qurur. Mən onun bu mühəndis yaradıcılığını izləyərkən həmişə fikirləşirəm, gör nə boyda istedad kənd qatığı, turp, lavaş satmaq kimi xırda-mırda fəaliyyətlər içərisində ömrünü çürüdür. Halbuki, ona Taxtakörpü su anbarının tikintisini tapşırmaq olardı. Bizdə belədir hər iş, nə edəsən... Mühəndis kəlləli adam qatıq satır, anbarın projesi üçünsə xaricdən mütəxəssis çağırırıq.
Şalvarın balağı iyli, çirkli suya batmasın deyə hoppana-hoppana gəzirik, idman eləyirik. Nəticədə məhəllədəki........
