menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

İşığa gələn ilbizlər

10 0
15.05.2026

Köhnə lətifə var, birinin arvadı doğurmuş, əkiz uşaq olur, ardıyca mamaça çıxıb deyir bir uşaq da doğulmaq üzrədir, adam təşvişə düşür, söyləyir: “Tez işığı keçirin, işığa gəlirlər!”

İndi sayın metro müdirimizin “Bakıya yaxın qəsəbələrə metronu ona görə uzatmırıq ki, oraların camaatı paytaxtın mərkəzinə axışıb basabas yaratmasın” açıqlaması mənə o söhbəti xatırlatdı. Yəqin tək metro embarqosu ilə iş düzəlməyəcək, işıqları da söndürmək lazımdır.

Ümumiyyətlə, koronavirus pandemiyası dünyada davam edir, Operativ Qərargah quru sərhədləri bağlı saxlayırsa, niyə Binəqədi, Masazır-filanda metro olsun? Mümkün qədər hərəni öz kəndinə, obasına bağlamalıyıq. Hərçənd, bir qədər də gülməli vəziyyətdir ki, Masazırın masazırlısız futbol komandası bu ilki çempionatda dubl eləyib, həm çempion olub, həm kuboku alıb. Amma orda metro ola bilməzmiş. Yəni, prinsipcə, sən çempion olub Avropa liqalarında yarış hüququ........

© Müsavat