Güləşmək istəməyən uşaqlar
Bakıda 27 iyul-2 avqust tarixlərində 17 yaşadək şəxslər arasında güləş üzrə dünya çempionatı keçirildi. Yarış klassik (yunan-Roma) və sərbəst güləş növləri üzrə idi və Azərbaycan idmançılarından heç kəs 1-ci yeri tuta bilmədi.
Necə deyərlər, doğma divarlar gənclərimizə kömək etmədi. Səhv etmirəmsə, 4 nəfər gümüş, 3 nəfər bürünc qazandı, qadınlar arasında ümumiyyətlə medal alan olmadı. Qadın komandamızın baş məşqçisi, tanınmış idmançımız Mariya Stadnik deyib ki, bütün uğursuzluğa görə məsuliyyəti öz üzərimə götürürəm. Sərbəst güləşçilərin məşqçisi Hacı Əliyev isə bu idman növündə ABŞ, İran, Yaponiya idmançılarının güclü olduğunu söyləyib. Bununla da söhbət bağlanıb. Yəqin ki, daha heç kəsi güləşimizin tənəzzülü narahat etməyəcəkdir.
Halbuki, ortada başqa statistikanın olduğu vaxtlar qədim keçmişdə deyil. 2025-ci........
