Gölün qırağındakı diaspora
Avropa tərəflərdə yenə bizə qarşı hansısa haqsızlıq nümayiş etdirilmişdir, ya Niderland, ya Belçika, ya da elə hər ikisi eyni vaxtda parlamentolarında Azərbaycan əleyhinə qərar-filan çıxarmışlar, özü də Qarabağ temasında. Doğrusu, bu tipli qərar-qətnamələrin artıq keçmiş zamanda qaldığını zənn eləyirdim.
Birincisi, elə dövrə yetişmişik ki, hətta ermənilərin özləri qatarın getdiyini başa düşüblər, sülh danışıqları aparılır, bu gün sabah camaat İrəvan qatarına bilet almağa hazırlaşır. Bu vəziyyətdə köhnə palan içi eşələməyin, qaysaqlamış yaranı qopartmağın mənası nədir? Ya da lap kəskin yazsaq, belə çıxır it əl çəkib, motal əl çəkmir.
İkincisi, yenə hazırkı dünyanın geopolitik axarı bəşəriyyəti nəinki hansısa parlament qərarlarının, heç dövlətlərarası sazişlərin, BMT qətnamələrinin də tualet kağızı qədər hörməti olmadığı müstəviyə gətirib çıxarıb. Bir saat içində qərarları 180 dərəcə dəyişirlər, dost düşmən,........
