Dirijoru tanımaq üçün nə etmək lazımdır
Həmişəki maraqlı mövzularla həyatımıza davam edirik. Yenə kimsə bulvarda gülləri ayaqlayıb. Belə vəziyyətlərdə, mən həmişə, indiki uşaqlar tanımaz, Səbailin əski polis rəisi Nazim Nağıyevi xatırlayıram. 2006-cı ilədək onun sayəsində rayon ərazisində müxalifətçilərin iki-iki toplaşması belə qadağan idi. Sonradan bu müsbət təcrübə bütün ölkəmizdə tətbiq olunmağa başlamışdır, indi heç bir-bir toplaşmağa da icazə yoxdur. Nəsə, o çağlar yenə hansısa partiya cızığından çıxmışdı, Nazim müəllim isə televiziyaya açıqlama vermişdi: “Müxalifətçilər bulvarda çimənliyi tapdalayır”. Yəqin müasir dövrümüzün müxalifət partiyalarını da bloqerlər Lala, İsmila, Nara və Hilli əvəz edir (adlarını xəbərdən götürmüşəm, yoxsa oxucular belə şeyləri izlədiyimi zənn edib məndən bədgüman olarlar).
Söhbət açılıb, Nazim müəllim opera sənətinin də möhkəm aşiqi idi, lakin pensiya........
