menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Amerikanın tikanları

13 0
05.07.2026

Amerika Birləşik Dövlətlərini 250 illik yubileyi münasibətiylə təbrik edirəm. Düzdür, bir az gec oldu, bayram dünən idi, ümid edirəm yola verərlər.

ABD haqqında, məncə, ən maraqlı sözlərdən birini aktyor Çarli Çaplin, 1940-cı illərdə söyləmişdir. O vaxt Çarli filmini təqdim üçün Londona gedibmiş, bu zaman ABŞ MKİ şefi Quver qərar çıxartdırır ki, Çaplinə geri dönüş qadağan olunmalıdır. Guya Çaplin kommunistdir. Çaplinə bu xəbər çatanda şlyapasını göyə tullayıb (zənn edirəm), məhşur oynaq təzimini edib (bu da ehtimaldır) və söyləyib: “Gözüm atırdı elə sizin Amerika üçün. Amerika mənim üçün bitmişdir. Orada indən belə lap İsus Xristos dirilib gəlsin və prezident olsun – qəti qayıtmaram”.

Bəli. Hal-qəziyyə bu cürdür, kim istəsə oynasın, kim istəsə ağlasın. Ancaq istənilən halda ABŞ dünya tarixinin ən maraqlı dövlət eksperimentlərindən biridir. Ümumiyyətlə, bu temada 2006-cı ildə çəkilən “İdiokratiya” adlı hər mənada fantastik,........

© Müsavat