Rusiya səfiri YENƏ XİN-ə çağırıla bilər – Putini
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev iki ölkənin rəhbərlərini təhqir edib. O, Ermənistan və Ukrayna liderləri – Nikol Paşinyan və Volodimir Zelenskini “beyinsiz rusofoblar” adlandırıb.
Əsas səbəb kimi də Zelenskinin İrəvanda Rusiya əleyhinə məlum açıqlaması, Paşinyanla öz aralarında rusca deyil, ingiliscə danışması göstərilir. Daha bir motiv yəqin ki, İrəvanda mayın 4-də ilk dəfə Qərb maraqlarını simvolizə edən ali tədbirin keçirilməsidir. Burdaca yada salaq ki, ötən ay Zelenski Bakıda da olmuşdu...
Belə reaksiya Medvedyevin danışıq tərzinə və stilinə uyğundur. Ancaq o sıradan biri sayılmaz. Statusuna görə rusiyalı bədnam teleaparıcı, söyüş-təhqirə görə ondan geri qalmayan Vladimir Solovyovun da tayı deyil. Dövlət rəsmisi, sabiq prezidentdir. Yəni, ölkənin mövqeyini........
