Bu, milli İNTİHAR demək olacaq!..– Qonşulara SON
İran ətrafındakı böhranlı durumun Güney Qafqaza da sıçrama ehtimalı nəzəri olaraq qalır. Ümid edək ki, belə bir fəlakət baş verməyəcək və hərbi toqquşma tezliklə diplomatik masanın qurulması ilə bitəcək.
Hərgah, indinin özündə Azərbaycan və Ermənistan arasında daimi yox, kövrək sülhdən danışmaq lazım gəlir. Çünki iki ölkə arasında məlum səbəbdən sülh müqaviləsi imzalanmayıb.
Bu il, nəhayət, sənədə liderlər səviyyəsində imza atılması və ardınca ratifikasiya ounmasına ümid böyükdür. Təbii ki, Ermənistan və onun əhalisi tarixi fürsəti qaçırmasa. Belə bir təhlükə isə yox deyil. Söhbət referendumda yeni konstitusiyaya gərəkən dəstəyin verilib-verilməyəcəyindən gedir...
Dünən bu haqda danışan Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan konstitusiya layihəsinin mart ayında ictimai müzakirəyə çıxarılacağını deyib. “Yeni Konstitusiyanın layihəsi demək olar, hazırdır. Lakin onun preambula........
