menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Azərbaycan Trampın diqqətində – 44 günlük mühari

11 1
previous day

Zəngəzur dəhlizi ilə bağlı müzakirələr intensivləşib. ABŞ dövlət katibinin müavini Elison Huker artıq iki gündür bölgədədir. Diplomat öz ziyarətinə Ermənistandan başlayıb. Bu da təsadüfi sayılmaz. Əsas müzakirə mövzularından biri məhz TRIPP layihəsi ilə bağlıdır. O da ki, qonşu ölkədən keçir.

Bakı və Ankara üçün isə əsas olan marşrutun maksimum tez işə düşməsidir. Azərbaycan artıq öz üzərinə düşən işləri yekunlaşdırmaq üzrədir. Qardaş Türkiyə də ona aid, Böyük Orta Dəhlizə daxil yolların daha modern vəziyyətə gətirməyə qərar verib. 43 km-lik dəhliz isə Ermənistanda inşa olunmalıdır. Bundan ötrü ABŞ İrəvana ilkin məbləğ də ayırıb.

O da bəlli ki, Ağ Evdə ötən avqustda imzalanan üçtərəfli Birgə Bəyannaməyə əsasən Ermənistan Azərbaycanın materik hissəsini eksklav Naxçıvanla birləşdirəcək yoldan maneəsiz keçid öhdəliyi götürüb (Başqa ölkələr üçün belə güzəşt rejimi olmaya bilər). Öhdəliyin altında prezident Donald Trampın imzası da var – əsas qarant kimi. Odur ki, problem böyük ölçüdə Nikol........

© Müsavat