Söyüb rahatlaşanların şəbəkəsi
Deputat Erkin Qədirli haqlıdır, sosial şəbəkələrdəki anonimlik, gerçəkdən də insanı məsuliyyətsiz edir. Bir sıra şəxslər saxta profillərlə şəbəkəyə daxil olur, heç bir məsuliyyət hiss etmədən publik şəxslərin ünvanına təhqiramiz, aşağılayıcı ifadələr yazırlar.
Həm də heç bir istisna yoxdur, qərəzə dolan biri ölkənin ən təmiz, ən faydalı, ən ideal ziyalısını hədəfə çıxarıb söydürə bilər. Başqa bir şey lazım deyil, həmin ziyalının adından bir antisosial sitat (məsələn, “xalq əti az yesin”) uydurub, bir kəlmə müşayiətçi şərh (“bu da bizim tərifli ziyalımız, dediyinə baxın!”) “sosial şəbəkə piraniyaları”nın önünə atmaq kifayətdir, adam 5 dəqiqənin içində didik-didik ediləcək. Düzdür, həqarət xorunda həmin şəxsi müdafiə edənlər, “yaxından tanımadınız adamı təhqir etməyin, o, belə biri deyil” yazanlar da olacaq, amma əksəriyyət təhqir olunan şəxsin elə bir söz deyib-demədiyini dəqiqləşdirmədən söyməkdə davam edəcək.
Belə vaqiələr dəfələrlə olub. Onların bəzilərində oxuduğu hər sözə inanmayan şəxslər “keçid (link) paylaşa........
