menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Səmərqənddə insident - Moskvanın uzun dili keçmi

8 0
27.04.2025

Bu günlərdə Özbəkistanda postsovet məkanına daxil olan ölkələrin diqqətinə şayan olacaq bir hadisə baş verib: Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səmərqənddə “Kədərli ana” abidəsini ziyarət edərkən, abidənin ətəyində rus dilində yazının olmamasından narazı qalıb.

Abidənin üzərində iki dildə (özbəkcə və ingiliscə) iri hərflərlə belə yazılıb: “Siz həmişə mənim ürəyimdəsiniz, əzizlərim”. Lavrov buna diqqət çəkib və deyib ki, burada rusca yazı görmür.

“Kədərli ana” abidəsi rusların “Böyük Vətən Müharibəsi” adlandırdığı II dünya müharibəsində həlak olan özbək döyüşçülərin xatirəsinə ucaldılıb.

Lavrov abidənin üzərindəki ingiliscə yazını Böyük Britaniyaya bağlayıb və deyib ki, ingilislər buraya necə düşüblər. Ona cavab veriblər ki, Səmərqənd turizm şəhəri olduğuna görə şəhərdə bir çox dillərdə reklam lövhələri olur. "Mən heç bir rusca yazı görmürəm", - Lavrov deyib.

Özbəkistanın Xarici İşlər Nazirliyi hələlik Lavrovun “Kədərli ana” abidəsindəki yazılara etirazı ilə bağlı rəsmi şərh verməyib. Ancaq bir gün sonra Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının deputatı Odiljon Tojiyev Lavrova cavab verərək deyib ki, əgər Moskvanın baş........

© Müsavat