menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Bir müraciətin sirri – 1988-ci ildə, 17 noyabrda

13 0
13.06.2026

 Dünən tanınmış jurnalist Azər Rəşidoğlunun arxivdən paylaşdığı bir qəzet məqaləsində indiyədək fikir vermədiyimiz detallar var. Onlara bu gündən baxanda bəzi yeni qənaətlərə gəlmək olur.

Həmkarımız "Kommunist" qəzetinin 12 noyabr 1988-ci il tarixi sayında dərc olunmuş “Topxananın harayı” başlıqlı məqalə-müraciətin Azərbaycan KP MK-nın mətbu orqanı olan qəzetdə dərc edilməsini hələ də anlaşılmaz sayır və yazır ki, bu kiçik yazı imperiyanın çöküşündə mühüm rol oynadı...

Xatırladaq ki, həmin vaxt Kommunist qəzetinin baş redaktoru kompartiyanın birinci katibi tƏbdürrhəman Vəzirovun yaxın adamı kimi tanınan yazıçı-jurnalist Cəmil Əlibəyov idi.

Məlum olduğu kimi, Azərbaycanda xalq hərəkatının başlanğıc tarixi 17 noyabrdan (Dirçəliş günü) başlayır. Məhz həmin gün Azərbaycan xalqı Qarabağ uğrunda mübarizə aparmaq üçün meydanlara axışdı. Bu məqalə isə həmin tarixi gündən 5 gün əvvəl ölkənin 1 nömrəli qəzetində dərc olunub və yüz minlərlə insanın ayağa qalxması üçün siqnal rolunu oynayıb.

Düzdür, hələ 1988-ci ilin fevralında ermənilər İrəvanda və indiki Xankəndidə “miatsum” (“balanın anaya qovuşması”) şüarı ilə Qarabağı Ermənistana birləşmək üçün hərəkata başlayanda Bakıda da bir qrup gənc ziyalı o vaxtkı “Spartak” stadionunun girişində (köhnə avtovağzalın yanı, Nəsimi “voenkomat”nın arxası) etiraz toplantısı keçirmişdilər. Amma onların sayı 100-150 civarındaydı.

12 noyabrda siqnalı verilən hərəkətlənmənin miqyası isə böyük oldu, cəmi 1 həftədən sonra meydana yüz minlərlə insanı toplaşdı.

Buna qədər Moskva, Bakı və İrəvanda körpünün altından çox sular axmışdı.

Ermənilərin........

© Müsavat