ABŞ-İran savaşı: taym-aut bitdi – qalib əlavə va
ABŞ və İran arasındakı atəşkəs sazişinin pozulacağı heç kəsə təəccüblü görünmədi.
Lap əvvəldən bəlli idi ki, tərəflər hələ apreldə, 40 gün boyunca bir-birinə raket atandan sonra atəşi kəsmək istərkən, sadəcə nəfəs dərmək istəyirlər. İyun ayında təntənə ilə imzalanmış ikinci atəşkəs sazişinin də qalıcı sülhə gətirməyəcəyi bəlli idi.
Çünki nə münaqişəni doğuran səbəblər aradan qalxmışdı, nə də tərəflərdən biri əlini üç dəfə yerə çırparaq, “daha bəsdir, təslim oluram” demişdi.
Əksinə, hər iki tərəf qələbə qazandığı barədə öz ölkəsində car çəkir, dünyaya eşitdirirdi. Onlar heç olmasa savaşın heç-heçə bitdiyini də demirdilər, ikisi də qələbədən danışırdı.
Böyük müharibələr isə heç vaxt heç-heçə ilə bitmir, tərəflərin biri ya tam məğlub olmalıdır, ya da darmadağın olacağını bilərək ziyanın yarısından qayıtmalı, təslim olmalı, qarşı tərəfin şərtlərini yerinə yetirməlidir.
İran məruz qaldığı böyük itkilərə baxmayaraq şərt irəli sürürdü. Özü də bunlar ağır şərtlər idi, ABŞ-nin onları qəbul edəcəyi mümkün görünmürdü.
Bunun qarşılığında ABŞ prezidenti Donald Tramp harada mikrofonlu tribuna görürdüsə, ötkəm-ötkəm deyirdi ki, İran tərəfi onun........
