Qılınclı, raketli, kəndirli humanistlər
Humanizm haqqında bir qədim lətifə var, yeri gələndə təkrar yazıram ki, bilməyənlər də bilsin. Budur, lətifənin yeri gəlib.
Deyirlər, yaşları 9-10 olan iki uşaq səkidə oturub qarpız yeyən alkoqolikə baxırmışlar. O da əlindəki bıçaqla qarpızı dilimləyir, iştahla yeyirmiş. Uşağın biri o birinə deyir: “Görürsənmi Seryoja dayı necə humanistdir?” O biri uşaq təəccüblənir ki, Seryoja dayı humanist olub nə edib ki. Bu biri cavab verir: “Bax, əlində bıçaq var. Başımızı kəsə bilər. Amma kəsmir”.
İndi o uşağın sözü olmasın, Putin də humanistdir, istəsəydi, Amerika vətəndaşı Habbardı azad etməzdi, hətta Yamalo-Nenets diyarının Xarp kəndindəki 3 nömrəli xüsusi rejimli cəza koloniyasına ("Qütb canavarı" kimi tanınır) gpndərərdi, o da orada xəstələnər, huşunu itirər, ürək çatışmazlığından-zaddan ölərdi.
Amma Putin humanistlik etdi, onu ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffa bağışladı, əvəzində Stiv də onu “humanist” adlandırdı. (Dünyada yaxşılıq və yaxşı ad qalır).
İndi ola bilər, Yevgeni Priqojinin qohumları və tərəfdarları bununla razılaşmayacaqlar, deyəcəklər ki, elə deyil, filan cürdür.
Budur, heç Avropa ölkələrinin çoxu, eləcə də Ukrayna xalqı Uitkoffun........
